“İnsan Hüquqları XXI əsr” Fondunun əməkdaşları Dəmirçi və Ərçiman kəndlərinin sakinlərinə hüquqi yardım göstərmişlər
85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin qalibi olmuş Elxan Süleymanovun təşəbbüsü ilə noyabrın 20- də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına daxil olan “İnsan Hüquqları XXI əsr” Fondunun prezidenti Şahin Camalovun rəhbərliyilə fondun əməkdaşları E.Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayevlə birgə Şamaxı rayonunun Dəmirçi və Ərçiman kəndlərində vətəndaşlarla görüşmüş, onlara hüquqi yardım göstərmişlər.
Qeyd olunan görüşlər “Şamaxı əhalisinə hüquqi yardım göstərilməsi” layihəsi çərçivəsində həyata keçirilmişdir. Görüş zamanı vətəndaşlar daha çox pay torpaqlarının bölünməsi və istifadəsi zamanı qarşılaşdıqları problemlərdən, Dəmirçi və Ərçiman kəndləri arasında mövcud olan torpaq mübahisələrindən danışmışlar.
Görüş zamanı müəyyən olunmuş problemlərlə bağlı geniş hüquqi araşdırmalar aparılır.