İlham Əliyev: “Azərbaycanda işsizlik problemi həllini tapıb, son yeddi il ərzində yoxsulluq 5 dəfə azalıb”


“Azərbaycan iqtisadiyyatı inkişaf etdirilməkdədir. Ölkə ümumi daxili məhsulun inkişafında ən yüksək göstəricilərə nail olub. İşsizlik problemi həllini tapıb, son yeddi il ərzində yoxsulluq 5 dəfə azalıb”.   APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında deyib.


      Bu il pensiyaların 40 faiz artırdığını qeyd edən dövlət başçısı Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini təşkil etdiyini bildirib: “Liberal iqtisadi vəziyyət, siyasi islahatlar, sosial məsələlərin həlli cəmiyyətdə münbit şərait yaradıb”.
      Prezident ölkədə qanunun aliliyinin, söz azadlığının təmin edildiyini də diqqətə çatdırıb: “Azərbaycanda islahatların həyata keçirilməsi prosesi davam edir. Başlıca məqsədimiz müasir dövlət yaradılmasıdır”.   
   Avropa İttifaqı-Azərbaycan münasibətlərinə toxunan prezident İ. Əliyev vurğulayıb ki, ölkəmiz Avropa İttifaqı ilə yalnız enerji məsələlərində deyil, digər sahələrdə də əməkdaşlıq edir: “Əlaqələrimiz getdikcə daha da güclənəcək. Avropa İttifaqı-Azərbaycan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurulub”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları