“Human Rights Watch” təşkilatı Ermənistanın işğalçılıq siyasətinə faktiki olaraq səssiz qalıb”

Millət vəkili Elxan Süleymanovun ingilis, alman və fransız dillərində 332 onlayn saytda məqaləsi yerləşdirilib

Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun “Azərbaycan insan hüquqlarına sadiqliyini müdafiə edir” başlıqlı məqalə xarici media orqanlarında yer alıb. Elxan Süleymanovun qərargahından BayMedia-ya verilən məlumata görə, məqalə ingilis, alman və fransız dillərində 332 onlayn saytda yerləşdirilib. Məqaləni oxuculara təqdim edirik.

Azərbaycan insan hüquqlarına sadiqliyini müdafiə edir

Brüssel, 21 iyun 2013-cü il

 

Azərbaycan Avropaya daha çox inteqrasiya etmək səylərini davam etdirdi, belə ki, cümə günü Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Herman van Rompuy və Avropa Komissiyasının Prezidenti Xose Manuel Barroso ile enerji təhlükəsizliyi və Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi mövzularında danışıqlar aparmaq üçün görüşdülər.
Əliyev Azərbaycanın gələcək və bu gün üçün ümidlərini təqdim edərkən, ölkə insan hüquqlarının pozulması ilə bağlı son iddiaları da sıxışdırdı.
Əliyevin səfəri ərəfəsində Human Rights Watch təşkilatı tərəfindən Barrosoya göndərilən məktuba istinad edən Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov hüquqlar qrupunu əsas missiyalarına laqeydlik göstərməkdə və Azərbaycandakı vəziyyəti təhrif etməkdə təqsirləndirdi.
Human Rights Watch “Azərbaycanın bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvü olduğunu, dünya dövlətləri ilə artıq ikitərəfli və çoxtərəfli əsaslarda qarşılıqlı faydalı əməkdaşlıq qurduğunu və nəhayət, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirən müstəqil bir respublika olduğunu nəzərə almır”, – deyə Süleymanov bildirdi.
Məktub Azərbaycanı naməlum hüquq pozuntularında təqsirləndirir və Barrosonu siyasət dəyişiklikləri üçün Azərbaycana təzyiq göstərməyə təşviq edirdi.
Süleymanov məktubdakı bəyanatların heç birinin faktiki əsas irəli sürmədiyini diqqətə çatdırıb. Əvəzində, Azərbaycan “sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar edildiyini, eyni zamanda daxili və xarici siyasətinin prioritet istiqamətləri kimi Avropaya inteqrasiyasını elan etmişdir.”
“Azərbaycan özünü Avropa insan hüquqları standartlarına uyğunlaşmağa həsr etmişdir. Azərbaycan demokratiya, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin bərqərar edilməsi üçün səylərini əsirgəmir, bu istiqamətdə Avropanın ixtisaslaşmış institutları ilə əməkdaşlıq edir, daim öz qanunvericiliyini təkmilləşdirir və müvafiq islahatlar həyata keçirir”, – deyə o bildirib.
Süleymanov eyni zamanda, bütün Avropa ölkələrində qəbul edilmiş prinsip kimi Azərbaycanın bir tərəfdən söz və sərbəst toplaşma azadlığını təmin edən, digər tərəfdən ictimai təhlükəsizlik və asayişi qoruyan qanunlarını müdafiə edib.
Təşkilatın Azərbaycana aidiyyatı olan məsələlərdə ikili standartların tətbiq olunmasında məharətli olduğunu qeyd edən Süleymanov bildirib ki, Human Rights Watch təşkilatı Ermənistanın etnik təmizləməsinə və sonradan Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarında azərbaycanlıların insan hüquqlarının pozulmasına faktiki olaraq səssiz qalmışdır.
Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan-Azərbaycan müharibəsi zamanı zəbt edilib, ardınca isə müharibənin sonunda bir milyondan artıq etnik azərbaycanlı rayonlardan zorla qovulub. Ermənistan BMT və digərləri tərəfindən beynəlxalq hüququn pozulması kimi xarakterizə olunan işğala son qoymaqdan imtina edir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları