AŞPA seçki müşahidə missiyasının Azərbaycanda keçirilmiş 1 noyabr 2015-ci il parlament seçkiləri ilə bağlı qiymətləndirməsi haqqın və ədalətin zəfəridir

AŞPA seçki müşahidə missiyasının Azərbaycanda keçirilmiş 1 noyabr 2015-ci il parlament seçkiləri ilə bağlı qiymətləndirməsi haqqın və ədalətin zəfəridir

Elxan Süleymanov

Şamaxının Millət Vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB Azərbaycanda 1 noyabr seçkilərini müşahidə etməkdən imtina etdilər. Bununla kifayətlənməyən bu beynəlxalq qurumlar AŞPA-ya da bu seçkiləri müşahidə etməkdən yayındırmaq üçün güclü təzyiqlər etdilər. Bu ədalətsiz təcridin yeganə məqsədi dünyada Azərbaycanın mənfi imicini formalaşdırmaq, insan hüquqları bəhanəsi ilə ölkəmizə siyasi təzyiq etmək, stabilliyi pozmaq, işğal edilmiş torpaqlarımızı bizlərə unutdurmaqdır.

Elxan Süleymanov

Şamaxının Millət Vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

Avropa Parlamenti, ATƏT PA və
ATƏT/DTİHB Azərbaycanda 1 noyabr seçkilərini müşahidə etməkdən imtina etdilər.
Bununla kifayətlənməyən bu beynəlxalq qurumlar AŞPA-ya da bu seçkiləri müşahidə
etməkdən yayındırmaq üçün güclü təzyiqlər etdilər. Bu ədalətsiz təcridin yeganə
məqsədi dünyada Azərbaycanın mənfi imicini formalaşdırmaq, insan hüquqları
bəhanəsi ilə ölkəmizə siyasi təzyiq etmək, stabilliyi pozmaq, işğal edilmiş
torpaqlarımızı bizlərə unutdurmaqdır.

Eyni zamanda, 2013-cü ildə
Azərbaycanda keçirilmiş Prezident seçkilərinə verdikləri müsbət qiymətləndirmənin
reallıq olduğunu, Azərbaycanın demokratiya yolunda inamla addımladığını həm
Avropa Parlamenti, həm AŞPA, həm də ATƏT PA çox gözəl anlayırdı, onlar sadəcə
bu reallığı növbəti dəfə görmək və dünyaya bəyan etmək, Azərbaycanda demokratik,
şəffaf və azad seçkilərin şahidi olmaq istəmirdilər. Bu səbəbdən təcrid, siyasi
təzyiq yolu ilə Azərbaycanı şantaj edirdilər.

AŞPA bu təzyiqlər altında Azərbaycana
1 noyabr parlament seçkilərinə müşahidə missiyası göndərilməsi ilə bağlı
verdiyi qərarına 3 dəfə hörmətsizlik etdi. Bu barədə AŞPA Bürosunda qəbul
edilmiş və sessiyada təsdiq edilmiş qərar təkrar-təkrar, yenidən Büronun
müzakirəsinə göndərilirdi. Nəticədə, 5 fraksiyanı təmsil edən 32 üzvdən ibarət
AŞPA müşahidə missiyası 1 noyabr seçkilərini müşahidə etdi və qəbul etdiyi
bəyanatla aşağıdakı qiymətləndirməni verdi:

Seçkilər demokratik seçkilərin keçirilməsi
üçün hüquqi çərçivəni təmin edən Azərbaycan Respublikasının Seçki Məcəlləsinə
uyğun şəkildə keçirildi.

Seçki günü bütün ölkə üzrə sakit və dinc şəraitdə
keçdi.
Səsvermə
prosesinin adekvat və beynəlxalq standartlara müvafiq olduğu müşahidə edildi.

Müşahidə missiyası bu seçki prosesinin dinc və sakit keçməsi ilə
bağlı Azərbaycan xalqını təbrik edir.

Seçkilərə hazırlıq və səsvermə
prosesləri peşəkar və texniki baxımdan yaxşı səviyyədə təşkil olunmuşdur.

Seçki günü Missiya Seçki
Məcəlləsinin hər hansı mühüm yaxud sistemli pozulması hallarını qeydə
almamışdır.

Missiya müşahidələrini ümumiləşdirərək
bildirir ki, 1 noyabr parlament seçkilərində müəyyən çatışmazlıqların qeydə
alınmasına baxmayaraq, seçici fəallığının mühüm dərəcədə artması, səsvermə və səslərin
sayılması vaxtı şəffaflıq Azərbaycan
Respublikasının azad, ədalətli və demokratik seçki istiqamətində atdığı növbəti
addımların göstəricisidir və bu seçkilərin nəticələri Azərbaycan
xalqının iradəsini ifadə edir.

AŞPA-nın bu qiymətləndirməsi
haqqın və ədalətin zəfəridir. Bu qiymətləndirmə 1 noyabr seçkilərini baykot edən Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB-nin iç üzünü açdı və
onların məkirli niyyətlərini ifşa etdi.

Avropa nəhayət
Azərbaycan reallığını qəbul etməli, ədalətsizliyə son qoymalı, siyasi təzyiqlərdən
əl çəkməli, Azərbaycanla əməkdaşlıq etməlidir. Biz isə əməkdaşlığa daim açığıq.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları