Finlandiyanın gənclər təşkilatlarının nümayəndə heyəti Azərbaycanda
4 may 2012-ci il
Millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Finlandiyanın siyasi gənclər təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyəti 2-3 may 2012-ci il tarixində Azərbaycanda səfərdə olmuşlar.
qhtxeber.az-ın verdiyi məlumata görə, nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini cənab Gəray Fərhadovun qəbulunda olmuş, ölkəmizə qarşı erməni təcavüzü və Dağlıq Qarabağ problemi barədə dolğun və obyektiv məlumat əldə etmiş, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada və yeni salınmış yaşayış kompleksində olmuşlar.
qhtxeber.az-ın verdiyi məlumata görə, nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini cənab Gəray Fərhadovun qəbulunda olmuş, ölkəmizə qarşı erməni təcavüzü və Dağlıq Qarabağ problemi barədə dolğun və obyektiv məlumat əldə etmiş, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada və yeni salınmış yaşayış kompleksində olmuşlar. Finlandiyalı qonaqlar “İrəli” gənclər təşkilatında azərbaycanlı həmkarları ilə tanışlıq görüşü keçirmiş, hər iki ölkənin gənclərini narahat edən qayğılar barədə fikir mübadiləsi aparmış və ikitərəfli işgüzar əlaqələrin qurulması barədə söz açmışdırlar. Qonaqlar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyasında olmuş, onlara Assosiyasiyanın və ona üzv təşkilatların cari və perspektiv layihələri barədə ətraflı məlumat verilmiş, gələcəkdə mümkün ola biləcək birgə təşəbbüslər barədə ümumi razılıq əldə edilmişdir.
Finlandiyalı gənc liderlər əmin olduqlarını bildirmişlər ki, bu səfər Azərbaycan – Finlandiya əlaqələrinin daha yüksək inkişaf səviyyəsinə qalxmasına yardım edəcəkdir. Finlandiyanın Sol Gənclər Təşkilatının rəhbəri Andersson Li Sigridin sozlərinə görə, qonaq olduğu ölkənin ən ağrılı problemi olan Dağlıq Qarabağın işğaldan azad edilməsi və daimi yaşayış yerlərindən qovulan insanların hüquqlarının müdafiəsi daimi olaraq diqqətdə saxlanılmalı, Avropanın siyasi gündəmində və ayrı – ayrı Avropa ölkələrinin ictimai fikrində dönə – dönə vurğulanmalıdır.
Səfər zamanı qonaqlar Azərbaycanla yaxından tanış olmuş, Bakı şəhərinin görməli yerləri və tarixi abidələrinə baxış keçirmiş, onlara ölkəmizin iqtisadi, sosial və siyasi uğurları və dinamik inkişafı barədə ətraflı məlumat verilmişdir.
Şamaxının millət vəkili Elxan Süleymanov bu kimi səfərləri Azərbaycan gerçəkliklərinin beynəlxalq aləmə çatdırılması və dünyada Azərbaycan barədə doğru və obyektiv təsəvvürlərin yaradılması baxımından çox əhəmiyyətli sayır.