Finlandiya parlamentində Qarabağ dinləmələri keçirildi

Noyabrın 7-də Finlandiya Parlamentində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda dinləmələr keçirilib. Dinləmələr AVRONEST PA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Dinləmələrdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İşlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Azərbaycan – Finlandiya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun üzvləri Elxan Süleymanov və Ayaz Orucov, millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, Ceyhun Osmanlı  iştirak ediblər.

Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İşlər üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov geniş məruzə ilə çıxış edib. Dinləmələrdə həmçinin  İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova “Azərbaycanın iqtisadi inkişafı və perspektivlər” mövzusunda çıxış edib. Tədbirdə  Finlandiya–Azərbaycan dostluq qrupunun rəhbəri cənab Eero Lehti,  Avropa İttifaqının Qafqaz regionu üzrə keçmiş xüsusi nümayəndəsi, səfir  Heikki Talvitie,  Şərq Araşdırmaları üzrə Aleksanteri İnstitutunun direktoru, Helsinki universitetinin professoru Markku Kivinen və Finlandiya Parlamentinin üzvü xanım Elisabeth Naucler çıxış ediblər.  Səfər zamanı nümayəndə heyətinin üzvləri həmçinin Helsinki şəhərinin meriyasında qəbulda olublar. Səfər şərçivəsində Finlandiya Parlamentinin spikeri cənab.

Eero Heinaluoma, Finlandiya-Azərbaycan dostluq qrupunun rəhbəri Eero Lehti və Finlandiyanın iş adamları ilə görüşlər də baş tutacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları