Finlandiya parlamentində Dağlıq Qarabağ münaqişəsi mövzusunda dinləmələr keçirilib

Finlandiya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda dinləmələr keçirilib. Dinləmələr Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Süleymanov Trend-ə bildirib ki, dinləmələrdə Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İşlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Elxan Süleymanov və Ayaz Orucov, millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, Ceyhun Osmanlı iştirak ediblər.

Dinləmələrdə Əli Həsənov geniş məruzə ilə çıxış edib. həmçinin Sevinc Həsənova “Azərbaycanın iqtisadi inkişafı və perspektivlər” mövzusunda çıxış edib.

Tədbirdə Finlandiya-Azərbaycan dostluq qrupunun rəhbəri Eero Lehti, Avropa İttifaqının Qafqaz regionu üzrə keçmiş xüsusi nümayəndəsi, səfir Heikki Talvitie, Şərq Araşdırmaları üzrə Aleksanteri İnstitutunun direktoru, Helsinki Universitetinin professoru Markku Kivinen və Finlandiya parlamentinin üzvü xanım Elizabet Naukler çıxış ediblər.

Səfər zamanı nümayəndə heyətinin üzvləri, həmçinin Helsinki şəhərinin meriyasında qəbulda olublar.

Səfər şərçivəsində Finlandiya parlamentinin spikeri Eero Heinaluoma, Finlandiya-Azərbaycan dostluq qrupunun rəhbəri Eero Lehti və Finlandiyanın iş adamları ilə görüşlər də keçiriləcək.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları