Finlandiya parlamentində Dağlıq Qarabağ dinləmələri keçirilib

 

Bu gün Finlandiya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunan dinləmələr keçirilib.

AzNews.az-ın məlumatına görə, dinləmələr AVRONEST PA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Dinləmələrdə Azərbaycanın baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İşlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Azərbaycan-Finlandiya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun üzvləri Elxan Süleymanov və Ayaz Orucov, millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, Ceyhun Osmanlı iştirak ediblər. Dinləmələr zamanı Ə.Həsənov geniş məruzə ilə, S.Həsənova isə “Azərbaycanın iqtisadi inkişafı və perspektivlər” mövzusunda çıxış edib.

 

Tədbirdə Finlandiya-Azərbaycan dostluq qrupunun rəhbəri Eero Lehti, Avropa İttifaqının Qafqaz regionu üzrə keçmiş xüsusi nümayəndəsi, səfir Heikki Talvitie, Şərq Araşdırmaları üzrə Aleksanteri İnstitutunun direktoru, Helsinki universitetinin professoru Markku Kivinen və Finlandiya Parlamentinin üzvü Elisabeth Naucler çıxış ediblər.
Səfər zamanı nümayəndə heyətinin üzvləri həmçinin Helsinki şəhərinin meriyasında qəbulda olublar.
Səfər çərçivəsində Finlandiya Parlamentinin spikeri Eero Heinaluoma, Finlandiya-Azərbaycan dostluq qrupunun rəhbəri Eero Lehti və Finlandiyanın iş adamları ilə görüşlər də baş tutacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları