Ermənistan parlamenti təlaş içindədir…

Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

 

AŞPA-nın Sosial Məsələlər Komitəsinin 23 noyabrda keçiriləcək iclasında məruzəçi Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı məruzəsi müzakirəyə çıxarılacaq.

Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə
heyətinin üzvü

 

AŞPA-nın
Sosial Məsələlər Komitəsinin 23 noyabrda keçiriləcək iclasında məruzəçi Militsa
Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən
sudan məhrum edilir” adlı məruzəsi müzakirəyə çıxarılacaq.

Diqqətə
çatdırmaq istərdim ki, AŞPA Komitəsində bu məruzənin hazırlanması barədə qərarın
qəbul edilməsi üçün ciddi mübarizə aparmalı olmuşuq. Mən 2014-cü ildə Ermənistanın
işğalı altında qalmış Azərbaycan ərazilərində yerləşmiş Sərsəng su anbarının ölkəmizin
cəbhəyanı digər əraziləri üçün humanitar fəlakət və ekoloji böhran yarada biləcək
ciddi təhlükə mənbəyinə çevrilməsini ehtiva edən qətnamə layihəsi təqdim etdim.AŞPA rəhbərliyi və qurum
daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin güclü təzyiqlərinə
baxmayaraq, məruzənin hazırlanması barədə qərarın qəbul edilməsinə nail olduq.
Bu məruzənin hazırlanması üçün AŞPA üzvü, Bosniyalı xanım deputat Militsa
Markoviç məruzəçi təyin edildi.

Xanım
deputat Militsa Markoviç məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana səfər
etmiş, Azərbaycanda rəsmi dövlət orqanları ilə, “SOS Sərsəng” layihəsi həyata
keçirən QHT nümayəndələri ilə görüşlər keçirmiş, Sərsəng su anbarının işğal altında
qalması nəticəsində zərər çəkmiş cəbhəyanı rayonlara səfər etmiş, yerli əhali
ilə söhbət etmiş, yerlərdə real vəziyyətlə tanış olmuşdur.

Eyni
zamanda qeyd etməliyəm ki, AŞPA katibliyi məruzəçinin Sərsəng su anbarının yerləşdiyi
işğal altında olan ərazilərə səfər etməsinə və vəziyyəti yerindəcə qiymətləndirməsinə
şərait yaratması xahişi ilə Ermənistan tərəfinə müraciət ünvanlamışdı. Lakin
Ermənistan hakimiyyəti məruzəçiyə Sərsəng su anbarının yerləşdiyi əraziyə səfər
etməsi üçün şərait yaratmamışdır. Ermənistan tərəfi bu addımı atmaqla faktiki
olaraq AŞPA məruzəçisi ilə əməkdaşlıqdan və özünün beynəlxalq öhdəliyini yerinə
yetirməkdən imtina etmişdir. Ermənistan tərəfinin bu destruktiv mövqeyinə
baxmayaraq, Militsa Markoviç qeyd edilən məruzəni hazırlayaraq Katibliyə təqdim
etmişdir və həmin sənədin müzakirəsi, yuxarıda göstərildiyi kimi, Sosial Məsələlər
Komitəsinin 23 noyabr tarixli iclasının gündəliyinə daxil edilmişdir.

Xüsusilə
vurğulamaq istərdim ki, Ermənistan tərəfi AŞPA Siyasi Məsələlər Komitəsinin 4
noyabr tarixli iclasında Britaniyalı deputat Robert Volterin hazırladığı “Azərbaycanın
Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair”
məruzə qəbul edildikdən sonra ciddi təlaş keçirir. Vəziyyət o həddə çatıb ki,
bu ölkənin parlamentində məsələ ilə bağlı müzakirələr aparılıb, nümayəndə heyətindən
bu qərarın qarşısını ala bilmədiklərinə görə nə ilə məşğul
olmaları barədə hesabat tələb edilib. Maraqlısı odur ki, müzakirələrin sonunda parlamentin spikeri Qalust Saakyan bu uğursuzluğa görə
günahkar axtarmamağa, AŞPA-nın 2016-cı il yanvar sessiyasında həmin qətnamənin
qəbulunun qarşısını almaq üçün səfərbər olmağa çağırıb.

Beləliklə, aydındır ki, Ermənistan tərəfi Sosial Məsələlər Komitəsinin iclasında
da “Azərbaycanın
Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair”
məruzənin qəbul edilməsinin qaşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəkdir.Buna misal olaraq, 2015-ci ilin iyun
sessiyası zamanı Monitorinq Komitəsində həmməruzəçilər Pedro Aqramunt və Tadeuş
İvinskinin “Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzəsinin
1-ci bəndində yazılmış “Assambleya Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin
işğal edilməsi barədə məlumatlıdır” ifadəsinin ləğv edilməsi məqsədilə Ermənistan
nümayəndə heyətinin və onların havadarları olan anti-Azərbaycan qüvvələrin
Avropada səs-küy salan riyakarlıqlarını və dünya ictimaiyyətini çaşdırmaq üçün
eyni məzmunlu 7 düzəliş irəli sürmələrini xatırlatmaq zəruridir.

Biz
həmçinin yaddan çıxarmamalıyıq ki,
Siyasi Məsələlər Komitəsinin iclasında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin
işğalına dair məruzənin ümumiyyətlə gündəlikdən çıxarılmasına və bir daha bu məsələyə
qayıdılmamasına dair təxribat xarakterli təklif irəli sürülmüşdü və bu təklif səsvermə
nəticəsində qəbul edilməmişdi. Analoji təklifin Sosial Məsələlər Komitəsinin
iclasında da irəli sürülməsi gözlənilir. Bundan əlavə, Azərbaycana qarşı qatı
düşmən mövqeyi nümayiş etdirən Baş Katib Savitskinin rəhbərliyi altında fəaliyyət
göstərən katibliyin də təxribat xarakterli “sürprizlər” etməsi real görünür.
Ermənistan nümayəndə heyəti ilə bir mövqedən çıxış edən digər anti-Azərbaycan
qüvvələrin birləşərək, öz məruzəsini geri götürməsi üçün Bosniyalı məruzəçi Militsa
Markoviçə təsir göstərmələri də istisna edilmir. Qeyd etmək lazımdır ki, həmin
qüvvələrin Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərə dair məruzəçi Robert
Volterə təzyiqləri nəticəsiz qaldı. Zənnimcə, bu məsələdə cənab Volterin Avropanın
böyük təcrübəyə malik tanınmış siyasətçi olması və dünyanın aparıcı dövlətlərindən
biri olan Böyük Britaniyanın deputatı olması vacib rol oynadı. Lakin nəzərə
almalıyıq ki, xanım Markoviç XX əsrin sonunda dövlət müstəqilliyi əldə etmiş
kiçik dövlət olan Bosniyadandır. Ümid edirəm ki, qeyd edilənlərə baxmayaraq,
xanım Markoviç müzakirələr zamanı obyektivlik və prinsipiallıq nümayiş etdirəcək.

Nəhayət,
göründüyü kimi, Sosial Məsələlər Komitəsində “Azərbaycanın sərhədyanı
rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı məruzənin müzakirəsi
zamanı ciddi mübarizə gözlənilir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları