Ermənistanlı deputatlar Bakıda yüksək səviyyədə qarşılanmaqlarından razıdırlar
2 aprel 2012-ci il
Milli Məclisdə bazar ertəsi Avronest Parlament Assambleyasının (PA) İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq üzrə komitəsinin iclasında sözügedən komitənin hesabatına edilən dəyişikliklərlə bağlı müzakirələr zamanı Ermənistanın 8 saylı, Azərbaycanın isə 12 saylı təklifi həmin sənəddən çıxarılıb.
Trend-in məlumatına görə, Ermənistanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü Vahan Hovannesyan Bakıda yüksək səviyyədə qarşılanmaqlarından razı qaldıqlarını bildirib.
O qeyd edib ki, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyəti ilə öncədən belə bir razılaşma əldə edilib ki, sözügedən komitənin hesabatına təklif olunan dəyişikliklərdə ziddiyyətli və ümumi işə ziyan vuracaq ifadələr olarsa, onlar çıxarılsın.
Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü Azər Kərimli isə öz növbəsində çıxışında qeyd edib ki, Azərbaycan hesabata təqdim etdiyi 12-ci təklifi geri götürür.