Ermənistanın qeyri-konstruktiv mövqeyi onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarmışdır
Əli Həsənov qaçqın və məcburi köçkünlərin yaşayış yerləri, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat vermişdir.
Qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini qeyd etmişdir ki, son dövrlərdə Azərbaycanın iqtisadiyyatı daha da inkişaf etmiş, hərbi qüdrəti güclənmiş, beynəlxalq əlaqələri möhkəmlənmişdir. Bunun əksinə Ermənistanın siyasi, sosial-iqtisadi vəziyyəti daha da ağırlaşmış, təcavüzkar ölkənin tutduğu qeyri-konstruktiv mövqe onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanda vəziyyəti daha da çətinləşdirmiş, yeni problemlər yaratmışdır.
Ətraflı məlumata görə təşəkkürünü bildirən Finlandiya parlamentinin deputatı İlkka Kanerva Azərbaycana ikinci dəfə səfər etməkdən məmnunluğunu ifadə etmişdir.
İ.Kanerva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin vacibliyini vurğulamışdır.
Sonra Azərbaycan ilə Finlandiya arasında əlaqələrin inkişaf perspektivləri, regionda və dünyada gedən proseslər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Sonda qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən filmin diski təqdim edilmişdir.