«Ermənistanın təcavüzü və Azərbaycanın torpaqlarını işğal etməsi faktı beynəlxalq ictimaiyyətdə şübhə doğurmur»

Brüsseldə səfərdə olan Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti bu ölkənin parlamentinin prezidenti Sabin de Betyunla görüşüb.  APA-nın məlumatına görə, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsi və Avropanın onun həllindəki rolu barədə fikir mübadiləsi aparıblar. 

Nümayəndə heyətinin başçısı, Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov problemin beynəlxalq ictimaiyyətin, o cümlədən Avropanın dəstəyi olmadan həll olunmayacağını bəyan edib. «Avropa Dağlıq Qarabağ münaqişəsinin həllində vacib rol oynaya bilərdi», deyə deputat bildirib.
Deputat Fazil Mustafa Avropanın Dağlıq Qarabağ münaqişəsində obyektiv yanaşmalı olduğunu bildirib: «Avropa Dnestryanı, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələrinə eyni yanaşmır. Bütün bu münaqişələrdə işğal faktı olsa da yanaşma fərqlidir. Avropanın neytral yanaşmadan obyektiv yanaşmaya keçməsi lazımdır».
Belçika parlamentinin prezidenti Sabin de Betyun qeyd edib ki, Belçika Dağlıq Qarabağ münaqişəsinə regional problem kimi baxır və ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. «Avropa münaqişənin həll olunmasında daha vacib rol oynaya bilərdi», deyə s.Betyun vurğulayıb.
Milli Mcəlisin deputatları həmçinin Brüssel regional parlamentinin spikeri ilə görüşüblər. Görüşdə spikerə Dağlıq Qarabağ münaqişəsi, həmçinin Xocalı hadiçələri barədə ətraflı məlumat verilib. «Ermənistanın təcavüzü və Azərbaycanın torpaqlarını işğal etməsi faktı şübhə doğurmur. Beynəlxalq hüquq bu məsələdə tamamilə Azərbaycanın tərəfindədir», deyə nümayəndə heyətinin başçısı Elxan Süleymanov görüşdə bildirib.
 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları