Ermənistan 431 milyard dollar ziyan vurub
Azərbaycan Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxıdan seçilən millət vəkili Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı işıqüzü görüb. AVCİYA-dan verilən məlumata görə, kitabda təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə olaraq araşdırılır, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri tədqiq olunur, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğalı faktını tanıması mühüm sənədlər vasitəsilə çatdırılır. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi zərərin dəyərinin 431 milyard dollardan artıq olması əyani hesablamalarla sübuta yetirilir.
Azərbaycan Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxıdan seçilən millət vəkili Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı işıqüzü görüb. AVCİYA-dan verilən məlumata görə, kitabda təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşdirilməsinə yönəlmiş kompleks məsələlər ilk dəfə olaraq araşdırılır, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri tədqiq olunur, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğalı faktını tanıması mühüm sənədlər vasitəsilə çatdırılır. Ermənistanınişğalı nəticəsində Azərbaycana vurulmuş maddi zərərin dəyərinin 431 milyard dollardan artıq olması əyani hesablamalarla sübuta yetirilir.