Erməni deputatlar Dağlıq Qarabağın icmalarının görüşünün tərəfdarı olduqlarını bildiriblər

 

5 aprel 2012-ci il

Avronest PA-nın Bakıda keçirilən ikinci plenar sessiyasında iştirak edən erməni deputatlar Dağlıq Qarabağın icmalarının görüşünün keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Bu barədə cümə axşamı Trend-ə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, plenar sessiya çərçivəsində aparılan söhbətlər zamanı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinin vacib olduğu qeyd edilib.

“Biz öz tərəfimizdən icmaların görüşünü təşkil etməyə çalışırıq, bu məsələni daim gündəlikdə saxlayırıq”, – Rzayev deyib.

 

Azərbaycanlı deputat qeyd edib ki, hələki belə bir görüşün keçirilməsi ilə bağlı Ermənistan tərəfindən konkret cavab yoxdur.

Avronest PA-nın Bakıda 2-4 aprel tarixlərində keçirilən ikinci plenar sessiyasında Vaan Ovanesyanın başçılıq etdiyi 10 deputatdan ibarət Ermənistan nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, Dağlıq Qarabağın erməni icmasının nümayəndələri ötən ilin sonunda Almaniya və Fransada azərbaycanlı icmanın nümayəndələri ilə görüşdən imtina etmişdi.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları