Elxan Süleymanov Xocalı şəhidlərinin xatirəsinə ehsan verdi

Göyçayın Qaraman kəndində xeyriyyəçi-maarifçi Hacı Rəhim Əfəndinin adına olan məsciddə Xocalı soyqırımı qurbanları anılıb. Hacı Rəhim Əfəndinin nəvəsi, millət vəkili, xeyriyyəçi Elxan Süleymanovun təşəbbüsü ilə keçirilən törəndə şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb.


Mərasimdə kənd sakinləri, Hacı Rəhim Əfəndi adına Qaraman kənd orta məktəbinin kollektivi, dindarlar, şəhid ailələrinin üzvləri iştirak edib. Mərasimdə ermənilər tərəfindən Xocalıda dinc insanların başına gətirilən müsibətdən danışılıb, soyqırım qurbanlarının ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin.

Musavat.com

Bənzər mövzular

Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub
Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
Elxan Süleymanovun AŞPA-ya Açıq məktubu