Elxan Süleymanov şamaxılı Qarabağ şəhidlərinin ailələrini Novruz münasibətilə təbrik etdi
Şamaxının milət vəkili Elxan Süleymanov Qarabağ şəhidlərinizin ailələrini təbrik etdi.
Millət vəkilinin adından verilən bayram açıqcalarında deyilir:
Əzizlərim!
Yurdumuza Bahar gəlir. Sizi Baharın gəlişi münasibətilə ürəkdən təbrik edirəm.
Bu bayramın ölçüyəgəlməz məna yükündən xəbərdarıq, hamımız yaxşı bilirik ki, bu nə qədər gözəl, mənalı bayramdır.
Torpaqlarımızın bir hissəsinin hələ də erməni işğalçılarının tapdağı altında inləməyini də unutmuruq. Bir anlıq da olsa…
Və bunu bilmək, yaşamaq çox ağırdır.
Amma mən Qələbə qazanacağımıza inanıram.
Qoy ərazi bütövlüyümüz uğrunda apardığımız savaşda şəhid olan qəhrəmanlarımızın ruhu şad olsun.
Novruz tonqallarımız gur yansın.
Şamaxının millət vəkili Elxan Süleymanov
Millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayevdən aldığılmız məlumata görə hər il olduğu kimi, bu il də ümumilikdə 80 ailəyə, Qarabağ müharibəsi və 20 yanvar şəhidlərinin ailələrinə Novruz bayramı sovqatları çatdırılıb.