Elxan Süleymanov: AŞPA-nın İnsan haqları komitəsi siyasi məhbus problemini bütün Avropa ölkələrində araşdıracaq

 
Bu gün Strasburqda AŞPA-nın İnsan haqları komitəsində siyasi məhbus meyarlarının müəyyənləşdirilməsi və məruzələrin bölünməsi məsələsinə baxılıb. Bu barədə APA-ya AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov məlumat verib. E. Süleymanov bildirib ki, iclasda ciddi müzakirələr olub. AŞPA-nın Hüquq məsələləri və insan haqları komitəsinin sədri Kristos Pirqurides Azərbaycana son səfəri barədə məlumat verib. K. Pirqurides bildirib ki, Azərbaycan hökuməti məruzəçilərlə əməkdaşlıq etməyə, onlara şərait yaratmağa hazırdır. Lakin Azərbaycan hökuməti çox təəccüb və təəssüf hissi ilə qeyd edir ki, nə üçün siyasi məhbus problemi ilə bağlı 47 üzv ölkədən yalnız Azərbaycan seçilir. Ona görə də «Azərbaycanda siyasi məhbus məsələsinin araşdırılması» adlı məsələnin «AŞ üzv dövlətlərdə siyasi məhbus probleminin araşdırılması» adlandırılması məqsədəmüvafiq sayılır.

«Bundan sonra məsələ səsə qoyuldu və 2-3 deputatın etirazı olsa da, qəbul edildi. Qərara alındı ki siyasi məhbus problemi Azərbaycanda yox, bütün AŞ üzv olan bütün dövlətlərdə araşdırılsın. Hesab edirəm ki, bu, Azərbaycan hökumətinin uzun müddətli və gərgin işinin nəticəsidir. Bununla da bizə qarşı ikili standarta, qərəzli mövqeyə son qoyuldu”, – deyə deputat vurğulayıb.
E. Süleymanov deyib ki, növbəti iclaslarda siyasi məhbus probleminin araşdırılması və meyarlar üzrə məruzəçinin müəyyənləşdirilməsi məsələsinə baxıla bilər.
E. Süleymanov bildirib ki, 2005-ci ildə Marlkolm Bryus Azərbaycanda siyasi məhbus məsələsindən alver kimi istifadə edilməsini nəzərə alaraq məsələni dondursa da, 2007-ci ildən Azərbaycana qarşı qərəzli mövqeyi olan bir neçə deputatın təşəbbüsü ilə məsələ yenidən gündəmə gətirilib. 2009-ci cu ildə Kristofer Ştrasser Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunub: «Məsələ burasındadır ki, 2007-ci ildən bu günədək AŞPA Bürosu və Hüquq məsələləri və insan hüquqları komitəsində bu məsələ 9 dəfə müzakirə edilib. Meyarların müəyyənləşdirilməsi ilə bağlı Büro hər dəfə qərar verib və məsələyə yenidən baxılması üçün İnsan hüquqları komitəsinə göndərib. Hər dəfə də bu məsələlərdə Azərbaycana qarşı qeyri-obyektivlik və ikili standartlarla yanaşılıb. Lakin sonuncu dəfə iyun ayında Avropanın 36 dövlətinin nümayəndələrinin imzası ilə göndərilmiş sənəd Büroya daxil olub. Büro yenidən bu meyarların müəyyənləşməsi və məruzələrin bölünməsi məsələsinə yenidən baxılmasını Komitədən xahiş edib. Nəhayət bu gün məsələyə nöqtə qoyuldu və komitə tərəfindən çoxdan gözlənilən qərar qəbul edildi». /APA/

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları