Elxan Süleymanovun AŞPA-ya məktubu dünya mediasında geniş yayılıb
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun AŞPA-ya məktubu haqda məlumat dünya mediasında geniş yayılıb. APA-nın xəbərinə görə, ingilis, alman və fransız dillərində 345 onlayn saytda yerləşdirilmiş məktubda bildirilir ki, Ermənistanın Avropa Şurasında gələcək sədrliyi Azərbaycanda narahatlıq yaradır: “Azərbaycan qonşu Ermənistanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi barədə qərara etirazını bildirir, çünki bu ölkə milyonlarla Azərbaycan vətəndaşının köçkün düşməsi və fundamental hüquqlarının pozulması ilə nəticələnən işğalı davam etdirir. Digər üzv dövlətin ərazilərini işğal altında saxlayan dövlətin sədrliyini necə qiymətləndirirsiniz?”

E. Süleymanov qeyd edib ki, BMT, Avropa Parlamenti və hətta AŞPA-nın özünün qətnamələrinə zidd olaraq 25 ildir digər üzv dövlətin ərazisini işğal altında saxlamasına baxmayaraq, Ermənistana sədrlik həvalə olunub. O, 1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş qırğınla əlaqəsi olan keçmiş hərbi komandir Serj Sarkisyanın yenidən seçilməsi ilə nəticələnən builki prezident seçkiləri ilə bağlı da məsələ qaldırıb. Norveçli siyasətçi xanım Karin Voldsetin rəhbərlik etdiyi AŞPA-nın müşahidə missiyası hesabatda Azərbaycan ərazisinin hərbi işğala məruz qalmasını qeyd etsə də, seçkiləri demokratik olaraq qiymətləndirib. E. Süleymanov öz məktubunda bunun “demokratiya, söz azadlığı və hüququn aliliyi”nin bütün qaydalarına zidd olduğunu söyləyib. K. Voldsetin hesabatına cavab olaraq, azərbaycanlı parlamentar Ermənistanda keçirilən prezident seçkilərinin qeyri-demokratik olması barədə 5 ölkəni təmsil edən 24 nəfər deputatın imzası ilə sənəd təqdim edib.