Elxan Süleymanov: «Ştrasser Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu»
Bununla da üzv ölkələr arasında ayrıseçkiliyə, ikistandartlılığa qarşı cəsarət göstərib haqqa və ədalətə səs verdilər .
O, məruzəçi olduğu müddətdə Azərbaycanla əməkdaşlıq etməyib və obyektiv araşdırma aparmayıb.Avropa Şurası Parlament Assableyası (AŞPA) Monitorinq və İnsan Hüquqları Komitələrinin toplantısından dərhal sonra AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Şamaxının millət vəkili Elxan Süleymanov açıqlama verib. Açıqlamada qeyd olunur ki, AŞ PA-nın qış sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı 4 illik hesabat məruzəsi qəbul edildi. Bu məruzə hələ 12 dekabrda Monitorinq Komitəsinin iclasında müsbət bir məruzə kimi qəbul edilmişdi: «Həmin məruzə demək olar ki, heç bir əlavə və dəyişikliklər olmadan Plenar iclasda bütövlüklə qəbul edilib. O zaman Monitorinq komitəsinin iclasında mənim verdiyim və qəbul olunmuş hər iki təklif:
Ermənistanın Azərbaycan torpaqlarını hərbi yolla işğal etməsi və etiraz aksiyaları ilə bağlı hakimiyyətlə aksiya təşkilatçıları arasında kompromiss tapılması ilə bağlı təkliflər sessiya tərəfindən də qəbul edildi. Qəbul edilmiş bu hesabat göstərir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Bəzi çatışmazlıqlar qeyd olunsa da həmməruzəçilərin dediyi kimi son illərdə Azərbaycanda siyasi irəliləyişlər nəzərəçarpan dərəcədədir. Ştrasserin məruzəsi isə qəbul edilmədi. Və qəbul edilə də bilməzdi. Çünki, Ştrasser Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu. Və məruzəçi təyin edildikdən dərhal sonra məsələni siyasiləşdirməyə cəhd göstərərək öz müsahibələrində Azərbaycan hakimiyyətini ağır cinayətlərdə ittiham edirdi. O, məruzəçi olduğu müddətdə Azərbaycanla əməkdaşlıq etməyib və obyektiv araşdırma aparmayıb. Ştrasser təqdim etdiyi siyahısında həbsdən azad olunanları, terrorçuları, qatilləri, xüsusilə ağır cinayətlər törətmiş şəxsləri siyasi məhbus kimi təqdim etmişdi. Ona görə də bu gün Ştrasserin məruzəsinə səs verməyənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirmiş oldular. Bununla da üzv ölkələr arasında ayrıseçkiliyə, ikistandartlılığa qarşı cəsarət göstərib haqqa və ədalətə səs verdilər. Bu, haqqın və ədalətin zəfəridir.