Elxan Süleymanov Strasburqdan xəbər verir: “AŞPA-nın Milli Məclisə seçkiləri müşahidə missiyası Azərbaycanı təcrid etməyə cəhd göstərən böyük xarici təzyiqə baxmayaraq, işini davam etdirir”
Strasburq, 1 oktyabr: Bu sessiya tamamilə Azərbaycanda qarşıdakı 1 noyabr parlament seçkilərinin seçki müşahidə missiyasını nəzərdən keçirmək yaxud təsdiqləmək təklifinə dair səsvermə vasitəsilə Büronun qəbul edəcəyi və plenar iclasda təsdiqlənməli olan qərarla xarakterizə olundu.
Digər
mühüm hadisələrə EPP qrupunda AŞPA-nın gələcək sədrinin seçilməsi, Sosialistlərin
yeni liderinin seçilməsi və son olaraq, Assambleyanın baş katibinin seçilməsi
daxil idi.
AŞPA-nın
iki komitəsində işğal edilmiş Dağlıq Qarabağa dair birbaşa bəyanatlar verildi və
məruzələr elan edildi.
Olduqca
gərgin və vacib həftənin xülasəsini xronoloji ardıcıllıqla təqdim edirik:
1)
Bazar ertəsi, 28 sentyabr saat 08:00, Büro iclası, 7-ci bənd: Azərbaycanda 1 noyabr
parlament seçkilərinin seçki müşahidəsi. “DTİHB-nin
bu seçkiləri müşahidə etməmək barədə qərarı fonunda vəziyyəti nəzərdən keçirmək”.
Artıq
üçüncü dəfə idi ki, sədr Ann Brassör və baş katib Saviçki Azərbaycana seçki
müşahidə missiyasını “nəzərdən keçirilmək” üçün Büronun gündəliyinə daxil
edirdi. Bir neçə həftədən bəri aydın idi ki, onlar beynəlxalq aləmdə Azərbaycanı
gözdən salmaq və təcrid etmək məqsədilə bütün seçki müşahidə missiyalarını ləğv
etmək niyyətində olan korporativ qüvvələrin bir hissəsidir.
Avropa
Parlamenti, ATƏT/DTİHB və ATƏT Parlament Assambleyasının bütün seçki müşahidə
missiyalarını ləğv etmək barədə qərarından sonra bu qurumların rəhbərləri Azərbaycanın
tam təcrid edilməsi və qarşıdakı seçkilərin öz etibarlılığını tamamilə itirməsi
məqsədilə AŞPA-nı da eyni addım atmağa çağırdı. Digər Avropa institutlarının da
bu nümunəyə uyğun hərəkət etməsi üçün AŞPA-nın bütün aidiyyəti şəxslərinə böyük
təzyiq göstərilirdi.
Məmurlardan
ibarət ofis olan ATƏT/DTİHB bu çirkin geosiyasi oyunda başlıca rol oynayırdı. Heç
bir seçilmiş nümayəndə onlara nəzarət etmir və onlar sırf xüsusi şəxsi siyasi proqrama
malik ofisdir. Bu səbəbdən son illər DTİHB-nin bütün digər beynəlxalq təşkilatlarla
xeyli münaqişəsi olmuşdu. Eyni zamanda bu dəfə ATƏT/DTİHB-nin Azərbaycan
hakimiyyətinə etdiyi müraciətlər o dərəcədə absurd idi ki, belə qənaətə gəlmək
olar ki, bu təkliflər qəbul edilmək üçün irəli sürülməmişdi. ATƏT-in direktoru
Link müşahidə missiyasını ləğv etmək qərarı verdikdə (bu, çox tez baş verdi) bütün
digər təşkilatlara da belə qərar vermələri üçün təzyiq göstərilməsinə yol
açıldı. Əksər müşahidəçilər, şübhəsiz, AŞPA-nın DTİHB-nin mövqeyini təkrarlayacağını
və beləliklə, 1 noyabr seçkilərində heç bir beynəlxalq təşkilatın iştirak etməyəcəyini
gözləyirdi.
Bu,
AŞPA Bürosunun Azərbaycana dair qərarının yüksək əhəmiyyətini izah edir. Büro
üzvləri öz müstəqilliklərindən əl çəkib, DTİHB məmurları kimi hərəkət edəcək
yaxud güclü mövqe nümayiş etdirib, öz təşkilatını müdafiə edəcək? Nəticə
etibarilə, müdriklik üstün gəldi və Büroda baş tutan həlledici səsvermədə 17 səs
lehinə, 10 səs əleyhinə olmaqla, qələbə əldə edildi, çünki həqiqətən də
AŞPA-nın bu seçki müşahidə missiyasına haqq qazandıran bir çox arqumentlər
vardı. Vurğulamaq istərdim ki, Sədarət Komitəsində də A. Qross istisna olmaqla,
üzvlər seçki müşahidə missiyasının göndərilməsinə səs vermişlər.
Cənab
Çuklanın (ALDE) rəhbərlik etdiyi AŞPA-nın seçkiqabağı missiyası da artıq eyni nəticəyə
gəlib və bu, məruzəçilər cənab Konde (EPP) və cənab Tadeuş İvinski (SOC) tərəfindən
bütün Büro üzvlərinə yaxşı izah edilib.
Bakıya
sözügedən seçkiqabağı missiya zamanı (21-22 sentyabr) Avropa Şurası baş
katibinin nümayəndəsi, Avropa Şurası Bakı ofisinin rəhbəri vurğuladı ki, 5 il əvvəl
keçirilmiş son parlament seçkilərindən bəri irəliləyiş əldə edilib və ölkə təcrid
edilməməlidir. Beləliklə, ofisin rəhbəri ATƏT/DTİHB-in daha əvvəlki mənfi qərarına
baxmayaraq, qarşıdakı 1 noyabr parlament seçkilərində AŞPA SMM-nin güclü
iştirakını təmin etməyə çağırdı.
Bütün qərb
diplomatları, müstəqil müsahiblər də açıq-aydın eyni fikri səsləndirdi, belə
ki, onlar da bir çox və müxtəlif səbəblərə görə AŞPA-nı Azərbaycana SMM-ni ləğv
etməməyə çağırdı.
Daha
vacib məqam o idi ki, Bakıda xeyli sayda yerli QHT-lər, insan hüquqları müdafiəçiləri
və vətəndaş cəmiyyəti fəalları ilə dəyirmi masa zamanı bütün müsahiblər
AŞPA-nın bu seçki müşahidə missiyasını göndərməsi barədə yekdil çağırış etdi.
Monitorinq
Komitəsinin həmməruzəçiləri cənab Konde və cənab İvinski ən mühüm arqumenti
vurğuladı: “monitorinq aparılan üzv dövlət”də seçkilərin müşahidəsi monitorinq
prosedurunun rəsmi hissəsidir və bu, rədd edilə bilməz.
Çox illərdən sonra AŞPA bu il Belarusa seçki müşahidə missiyası göndərməklə bağlı qərar
verdi. Seçki müşahidə missiyasının üzv olmayan Belarusa göndərilməsini, lakin AŞPA-nın həqiqi
tam üzv dövlətinə göndərilməməsini
kim izah edə bilər?
Əgər
bu, yalnız DTİHB-nin Belarusa SMM göndərməsi ilə bağlıdırsa, deməli bu,
AŞPA-nın yeni standartıdır? Həmməruzəçilər haqlı olaraq hesab edib ki, AŞPA
beynəlxalq ictimaiyyətdə öz vacibliyini vurğulamağa çalışdığı bir vaxtda
DTİHB-nin bir hissəsi hesab edilmək istəmir…
Hətta bir
nümunə vardır. Rusiya Federasiyasında 2 mart 2008-ci ildə keçirilmiş prezident seçkilərində AŞPA
missiyası yeganə Qərb seçki müşahidə missiyası idi… (Nə DTİHB, nə ATƏT PA, nə də
Avropa Parlamenti gəlmişdi). Keçmiş AŞPA SMM-nın rəhbəri İsveçrədən cənab Andreas
Qross (SOC) idi və o, AŞPA müşahidə missiyasına müvəffəqiyyətlə rəhbərlik
etmişdi.
Plenar
İclas iyun ayında Monitorinq Komitəsinin sonuncu məruzəsi çərçivəsində digər müşahidə komandalarının
Azərbaycana SMM göndərməsini ləğv edə bilməsinin mümkünlüyünü müzakirə edərək, səsə
qoydu. Plenar İclas EC Qrupu üzvlərinin təklif etdiyi 4 saylı düzəlişi böyük əksəriyyətlə
qəbul etdi. Düzəlişdə qeyd
olunurdu ki, digər beynəlxalq təşkilatlar seçkilərə
getmədiyi halda AŞPA öz missiyasının sayını artırmalıdır. Digər
tərəfdən, Plenar İclas böyük əksəriyyətlə 10 saylı düzəlişi rədd etdi. Düzəlişdə
qeyd olunurdu ki, bu halda xüsusilə DTİHB-yə istinad edərək SMM-in göndərilməsinə
yenidən baxılsın.
Qəribədir
ki, Sədarət Komitəsi Plenar İclasın son aydın qərarlarının əksinə gedərək və
onların etibarsız hesab edilməsini təklif edərək, bu məsələnin bir daha Büronun
gündəliyinə salınması ilə bağlı qərar verdi. Əlbəttə ki, AŞPA sədrinin və baş
katibinin bu siyasi təcrübəsi heç də yaxşı deyil!
Həmsədrlər
iddia edirdi ki, AŞPA seçki müşahidə missiyasının yekun hesabatı həm bu seçkilərin
aparılması ilə bağlı siyasi debat, həm də bu üzv dövlətin parlamenti ilə
institusion dialoqun aparılmasına əsas kimi mühüm vasitədir. Onlar vurğuladı
ki, bu, asanlıqla AŞPA-ya qarşı istifadə oluna bilər, çünki onlar SMM-nın gəlməsi
dəvətini qəbul etməkdən imtina etmişdi. Halbuki, AŞPA-nın SMM-nın gəlməsinə
etiraz edən Azərbaycan deyildi. Sonda Büro həmsədrlərin arqumentlərini nəzərə
aldı və seçki müşahidə missiyasını təsdiqlədi.
Saat
11-də Ann Brassör AŞPA-nın prezidenti kimi açılış nitqində bütün deyilənlərə
baxmayaraq, bir daha Azərbaycana qarşı şiddətli hücuma keçdi, tənqid etdi və
Büronun qərarı ilə razılaşmadı. Adi vaxtlarda sədr belə olduğu təqdirdə vəzifəsindən
istefa verə bilər. Bəzi qaranlıq səbəblərdən onun fikri həqiqətən də ölkəmizə
yönəlmişdir, lakin xoşbəxtlikdən mandatı başa çatdığından bu, onun son nitqi
idi.
Günorta,
aralıq məruzə ilə bağlı müzakirənin sonunda Büronun bu qərarına bir daha etiraz edən olmadı və rəsmi şəkildə
Plenar İclas tərəfindən təsdiqləndi. Bu, indi yekun qərardır.
Bu, Azərbaycanın
böyük nailiyyəti idi, çünki ümumi təcridetmə və ölkəmizə ziyan vurmağa çalışan
xarici korporativ maraqların qarşısı alına bildi.
2)
AŞPA-nın 2016-2017-ci illərdə yeni sədri üçün EPP Qrupunda seçkilər
Bu il
iyunun 30-da aydın oldu ki, AŞPA-ya növbəti sədri vəzifəsində EPP Qrupuna
seçilmək hüququ verilməsini nəzərə alaraq, o, AŞPA-da ən vacib siyasi qrupdur.
Bu, siyasi qrupların liderləri arasında razılaşdırılmışdır.
EPP
Qrupunun sədri cənab Aqramunt bu mandata aşkar namizəd idi. Lakin bir neçə həftə
əvvəl o, gözlənilmədən AŞPA-nın sədrlərindən biri olmuş, fransalı cənab
Minyonla qarşı-qarşıya gəldi. Cənab Minyon qələbə əzmi sərgiləyən böyük
kampaniya təşkil etdi.
Lakin
bazar ertəsi EPP Qrupunda keçirilən səsvermədən sonra nəticələr olduqca aydın
idi və seçki 75-in 30-a olmaqla Cənab Aqramuntun parlaq qələbəsi ilə başa
çatdı.
3)
Sosialist Qrupunda yeni sədr seçkiləri
Sosialist
Qrupunun neçə illər cənab Qross (İsveçrə) tərəfindən inhisara alınmasından
sonra nəhayət ki, onun siyasi karyerası başa çatır və yeni liderin təyin edilməsinə
ehtiyac vardır. Cənab Qrossun artıq AŞPA-nın rəhbərliyində olmaması Azərbyacan
üçün böyük dəyişikliyə səbəb olacaqdır, çünki o, xanım Brassör kimi davamlı
olaraq müzakirəni korlamaq və ölkənin nüfuzuna xələl gətirmək üçün hər yalan və
böhtandan istifadə edərək, Azərbaycana qarşı çıxırdı. Nəhayət ki, sosialist
qrupunun iclas otağında vəziyyət dəyişəcəkdir, çünki İtaliyadan cənab Nikoletti
yeni sədr vəzifəsinə təyin edildi.
4)
AŞ PA Baş Katibi seçkiləri
AŞ Baş
Katibi seçkiləri çox gərgin keçdi. Baş katib postuna 2 namizəd irəli sürülmüşdü:
Serbiyalı xanım Svetislava Bulaçiç və Voytsex Saviçki.
Rusiyaya
qarşı təbliğatın nəticəsi olaraq, xanım Bulaçiç 140/108 səs hesabı ilə məğlub
oldu. 5 il AŞPA baş katibi işləmiş və daim deputatlarla təmasda olmuş Saviçkinin
bu nəticəsi çox zəifdir. Anti-Rusiya təbliğatçıları həqiqəti saxtalaşdıraraq (əslində
xanım Miloşeviç hakimiyyətinə qarşı aktivistlərdən biri olmuşdur) xanım
Bulaçiçi Rusiyanın adamı kimi təqdim edərək ona qarşı geniş təbliğat
kampaniyası qurmuşdular.
Saviçki
Ann Brassörün AŞPA prezidentliyinə seçkiləri zamanı xüsusi fəallıq göstərmişdi.
Saviçkiyə mənəvi borcunu qaytaran xanım prezident Ann Brassör ALDE-nin keçmiş rəhbəri
kimi bu qrup üzvlərinə seçkidən azca əvvəl onları Saviçkini də dəstəkləməyə
çağırmışdı. Bu çağırış nəticəsində ALDE qrupu üzvlərinin səsləri Saviçkini məğlubiyyətdən
xilas etdi.
5)
AŞPA-nın iki komitəsində Dağlıq Qarabağla bağlı müzakirələr
Çərşənbə
axşamı, saat 14:00-da məruzəçi cənab Volter Siyasi Məsələlər Komitəsində Dağlıq
Qarabağ və digər ərazilərin Ermənistan tərəfindən işğalına dair məruzə ilə bağlı
hesabat hazırladı. O, işğal edilmiş ərazilərə keçidin sistemli şəkildə Ermənistan
tərəfindən rədd edilməsini vurğuladı və Komitədə kəskin narazılıqlar səsləndirdi.
Ermənilər çox aqressiv tərzdə cavab verdilər və müzakirə zamanı otaqdakı
deputatların rəğbətini itirdilər. Getdikcə daha və daha aydın olur ki, Ermənistan
təkcə bu sahədə deyil, həmçinin siyasi institutlarda ifadə etdikləri dilləri
onların həqiqi təcavüzkar olmasını göstərir.
“Azərbaycanın
cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” (Sərsəng məruzəsi)
adlı məruzəsi üzrə məruzəçi xanım Markoviç də eyni vəziyyətlə qarşılaşıb. Xanım
Markoviçə də Sərsəng hövzəsinə keçməyə icazə verilməyib və o, Ermənistanın
Avropa Şurasının əsas prinsiplərinə qarşı gedən rədd cavabına kəskin etiraz
etdi.
Hər iki
məruzəçinin Ermənistan tərəfindən faktiki qiymətləndirmələrin daxil edilmədən,
noyabr ayında bu məsələni yenidən müzakirə edəcəyi gözlənilir. Məruzələr əlbəttə
ki, Ermənistanın pis niyyətini vurğulayacaq və Dağlıq Qarabağ və digər işğal
edilmiş ərazilərdə nə baş verməsi ilə bağlı beynəlxalq ictimai fikirdə məlumatlılığı
artıracaqdır.
Aydındır
ki, onların məqsədi Azərbaycan ərazilərinin təcavüzkar və qanunsuz işğalını
ört-basdır etməkdir, lakin etiraz etmələri birbaşa onların maraqlarının əksinə
gedəcəkdir. Onların bu məsələ ilə bağlı Avropa Şurası ilə əməkdaşlıqdan imtina
etməsi qəbul edilməyəcəkdir.
Bir
daha təəssüf hissi ilə bildirirəm ki, digər beynəlxalq təşkilatlar güc mərkəzlərinin
sifarişlərinə uyub onlara sadiq tərəfdaş olan Azərbaycanda seçkiləri müşahidə
etməkdən yayınmaqla çox yanlış və uğursuz bir siyasi addım atdılar. Bu addım
onların Azərbaycana qarşı məkrli məqsədlərinin mahiyyətini çılpaqlığı ilə göstərdi.
Sonda AŞ-da böyük təzyiqlərə baxmayaraq, müşahidə missiyasının göndərilməsinə səs
verən həmkarlarıma öz təşəkkürümü bildirirəm.
Strasburq,
1 oktyabr
2015-ci il
Deputat
Elxan Süleymanov