Millət vəkili Elxan Süleymanov ABŞ senatorlarına məktub ünvanlayıb

Millət vəkili Elxan Süleymanov ABŞ senatorlarına məktub ünvanlayıb

Cənab
Mitç Makkonnel Cənab Harri Reyd

Çoxluqların
lideri Azlıqların
lideri

ABŞ
Senatı ABŞ Senatı

 

 

Hörmətli
liderlər!

 

Bu ilin mart ayında Azərbaycana dəfələrlə səfər
etmiş, sonuncu səfərində 2013-cü ildə seçkiləri müşahidə etmiş keçmiş konqresmen
Silvestr Reyesin “Roll Call”-dakı məqaləsini oxudum. (Məqaləni bu linkdən oxuya
bilərsiniz: http://blogs.rollcall.com/beltway-insiders/azerbaijan-must-remain-a-strong-ally-of-the-united-states/?dcz=
) Konqresmen Reyes ölkəmizi araşdırmış və haqqımızda bir çox məlumatlar öyrənmişdir.
Biz ona çox hörmət edirik və Azərbaycanın ABŞ-a dəstəyinin əhəmiyyətini təsvir
edən mart tarixli məqaləsi çox düzgündür.

Daha sonra iyulun ortalarında hökumətim 16

senatorun imzaladığı və Azad Avropa Radiosu/Azadlıq Radiosunun şikayətlərindən
bəhs edən fərqli bir məktub aldı. Bu senatorların çox az hissəsi Azərbaycana səfər
edib və bizimlə əlaqələri prioritet hesab edənlərin heç birinin imzasını görmədik.
Onların Azərbaycana gəlib bizimlə vaxt keçirməsinə, bizi, mədəniyyətimizi və
tariximizi və əməkdaşlıq edə biləcəyimiz sahələri müzakirə etməyə şad olarıq. Bu
gün İsrailə və Avropaya xidmət edən Bakı-Tbilisi-Ceyhan boru-kəmərinin tikilməsində
əlaqələrimizin əhəmiyyətini xatırlayarsınız. Qarşılıqlı fayda verəcək əməkdaşlıq
üçün böyük imkanlar var.

 

İcazənizlə senatorların məktubunda ifadə
edildiyi kimi, Azadlıq Radiosunun başlıca şikayətindən danışmaq istərdim. Onlar
mühitimizdə “azad və müstəqil” olmadıqlarından şikayətlənirlər. Bizdə belə təəssürat
yaranır ki, onlar ümumiyyətlə azad və müstəqil deyil, çünki Amerikanın İdarəçilərin
Yayım Şurasının Beynəlxalq Yayım Əməliyyatları hökumət agentliyinin rəhbərliyi
altında xüsusi “missiyalar”a yönəlmiş Amerika hökumət fondlarından illik 734,000,000
$ ilə maliyyələşir. Azadlıq Radiosu Soyuq müharibə zamanı hədəf hökumətləri zəiflətmək
məqsədilə dünyanın bir çox hissələrinə Amerika hökumətinin maliyyələşdirdiyi
ismarışları verən Amerika təbliğat silahı kimi təsis edilmişdir. Düşünürük ki,
Azadlıq Radiosu dəyişməyib və bu gün hələ də ABŞ-ın seçdiyi hökumətləri zəiflətməyə
yönəlib. O, yalnız Amerika hökuməti tərəfindən maliyyələşir. Bunu sizinlə
müzakirə etməyə məmnun olarıq.

 

Eyni zamanda iyul ayında dövlətin və Xarici Əməliyyatların
Təxsisatlar qanununda 2016-cı maliyyə ilinizdə Komitə səviyyəsindəki hesabat
dili barədə narahatlığımızı ifadə etmək yerinə düşər. Bu dil ABŞ-ın Dövlət
Departamentinə ölkəmdə hökumət proseslərinə birbaşa müdaxilə etmək və nəticələr
haqqında Senata məruzə etmək göstərişi verir. Biz buna heyrətlənir və bunu
Soyuq müharibəyə bənzədirik. Sizdən atdığınız addımları nəzərdən keçirib, yenidən
diqqətlə düşünməyi xahiş edirəm. Biz ABŞ ilə əlaqələrimizə hörmət edir və dəyər
veririk və bu əlaqələrin müsbət istiqamətdə irəliləyə biləcəyinə ümidvarıq.

 

Nəticə etibarilə, 1991-ci ildən etibarən müstəqil
və demokratik dövlət kimi əldə etdiyimiz irəliləyişlə fəxr edirik. Biz donor
dövlətik. Biz vətəndaş cəmiyyətini irəli aparacaq bir çox beynəlxalq təşkilatların
fəal və müsbət üzvüyük. Biz sizinlə müsbət yöndə işləmək perspektivinə
inanırıq.

 

Hörmətlə,

 

 

Elxan Süleymanov,

Azərbaycan Milli Məclisinin üzvü

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları