Elxan Süleymanov Ermənistanın Avronest PA-da nümayəndə heyəti üzvlərinin qərəzli fikirləri ilə bağlı qurumun və Avropa Parlamentinin rəhbərliyinə müraciət edəcək

6 aprel 2012-ci il

Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Ermənistan nümayəndə heyəti üzvlərinin Bakı sessiyası barədə müxtəlif mətbuat orqanlarında səsləndirdikləri qərəzli fikirlərlə bağlı AVRONEST PA və Avropa parlamentinin rəhbərliyinə müraciət edəcək.

APA-nın məlumatına görə, Elxan Süleymanov Ermənistan nümayəndə heyətinin Bakı sessiyasından qayıtdıqdan sonra İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirilən bir sıra fikirlərə belə münasibət bildirib: “Cənab Hovhanisyaının Azərbaycan prezidentinin çıxışından sonra guya bizim milət vəkillərinin erməni deputatlarına yaxınlaşaraq üzr istəmələri ilə bağlı verdiyi “məlumat” məndə təəssüf və təəccüb hissi doğurdu. Etiraf edim ki, bu İrəvandakı mətbuat konfransında səslənən yeganə qeyri-obyektiv fikir deyil”. /APA

Digər mənbələr:lent.az

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları