Elxan Süleymanov: “Erməni həmkarlarımız aprelin 3-də Bakıda anti-Azərbaycan təbliğatı apardılar”

 

4 aprel 2012-ci il

AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Bakıda keçirilən ikinci sessiyası barədə Modern.az-a açıqlama verib. E.Süleymanov deyib ki, AVRONEST PA-nın sessiyasının ölkəmizdə keçirilməsi hər iki tərəf arasındakı dostluq və bərabərliyin göstəricisidir və bu, düzgün istiqamətdə atılmış addımdır.

– Biz düşünürük ki, AVRONEST tərəfdaşlığının inkişaf etdirilməsində çətinliklərin meydana çıxa bilməsinə baxmayaraq, bu təşəbbüsün əsaslandığı başlıca dəyər və prinsiplərə sadiq qalmağın vacibliyi qeyd edilməlidir. Belə ki, bizim üçün söz və ifadə azadlığı birinci dərəcəlidir. Belə dəyərli qonaqları paytaxtımızda qəbul etmək bizim üçün nümayəndə heyətlərinə Azərbaycanın bir çox cəhətləri, o cümlədən işğal edilmiş ərazilərimiz haqqında məlumat vermək, çatdırmaq və təqdim etmək imkanı deməkdir.

Qeyd etmək vacibdir ki, biz heç bir halda Assambleyamızın kompromisləri, məruzələri və qərarları ilə bağlı işlərimizdə həssas və problemli vəziyyətimiz haqqında heç bir qeyd etməmişik və düşünürük ki, AVRONEST-in yaxşı fəaliyyət göstərməsi istiqamətindəki səylərimiz müəyyən diqqətə layiqdir. Biz bütün qonaqlarımızın təhlükəsizliyi və rifahının qeydinə qalaraq və Ermənistan nümayəndə heyətinin əmin-amanlığına xüsusi diqqət yetirərək, bütün qonaqlara bərabər davranan ev sahibi olmağa çalışdıq.

Azərbaycan AVRONEST komitələrindən birinin bu yaz Ermənistanda keçirilmiş iclası zamanı ev sahibləri bizi əsas etibarilə beynəlxalq hüquq və bir sıra BMT qətnamələrinə tamamilə zidd olan çıxışlar, xəritələr və şəkillərlə əhatə edərkən, AVRONEST-in fəaliyyətini təhlükəyə atmadıq. Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın bir hissəsi kimi təqdim edildiyi xəritənin olduğu otaqlarda keçirilmiş iclaslar zamanı biz əməkdaşlıq etmək və irəliləmək üçün bir yol tapmağı birinci dərəcəli hesab etdik.

Bu səbəbdən biz təəccüblənirik və təssüf edirik ki, erməni həmkarlarımız bizim səylərimizə aprelin 3-də anti-Azərbaycan təbliğatı aparmaqla cavab verdilər. Biz problemlərimizi qonaqlarımıza ifadə etmək və sərbəst çıxış hüquqlarımıza edilən bu hücuma təəcüblənirik və təəssüf edirik ki, bütün səylərimizə baxmayaraq, bu doğurucu mübahisə Bakıdakı iclasa xələl gətirdi.

Buna görə də biz həmkarlarımızı bu kədərli epizodun indiyə qədər gördüyümüz bütün işimizi təhlükəyə atmasına icazə verməməyə çağırırıq. 2-ci plenar sessiyada göründüyü kimi, Azərbaycan dinc və hamı ilə əməkdaşlığa açıq ölkədir. AVRONEST-dəki bütün tərəfdaşlar və dostlar üçün olduğu kimi, bizim beynəlxalq hüquq və Avropa dəyərlərinə riayət etmək hüququmuz qorunmalıdır.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları