Elxan Süleymanov: “Bu, münaqişə yox, təcavüzdür”
“Daglıq Qarabağda baş verənləri münaqişə adlandırmaq düzgün deyil. Bu, ermənilərin ölkəmizə qarşı silahlı təcavüzüdür”. Teleqraf.com-un məlumatına görə, bunu Şamaxıda jurnalistlərə açıqlamasında millət vəkili Elxan Süleymanov deyib. Onun sözlərinə görə, münaqişə iki tırəf araslnda müqavilənin şərtlərini pozduğu halda olur: “Amma ermənilər açıq şəkildə seperatizmə yol verdilər. Gec-tez onlar cəzalarını alacaqlar”.