Elxan Süleymanov beynəlxalq təşkilatlara məktubla müraciət etdi

 

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinə, Avronest PA-nın həmprezidentlərinə və büro üzvlərinə məktub ünvanlayıb.  

 

Məktubda qeyd olunub ki, “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumu (ŞT VCF) İdarə Heyətinin aprelin 4-5-də Ermənistanda keçirilmiş iclasında ŞT regionundakı separatçı ərazilərdə (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və Dnestryani ərazilər) fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi və “Şərq Tərəfdaşları regionları” adı ilə onlara 10 yer ayrılması üçün ŞT VCF milli platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilib: “Narahatlıqla qeyd etmək istəyirik ki, ŞT VCF-nun İdarə Heyətinin həmin qərarı beynəlxalq hüquq normalarını, Azərbaycan, Gürcüstan və Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü şübhə altına alır, o cümlədən həmin ŞT ölkələrinin Aİ ilə münasibətlərinin hüquqi əsaslarına ziddir. 

 

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinə, Avronest PA-nın həmprezidentlərinə və büro üzvlərinə məktub ünvanlayıb.  

 

Məktubda qeyd olunub ki, “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumu (ŞT VCF) İdarə Heyətinin aprelin 4-5-də Ermənistanda keçirilmiş iclasında ŞT regionundakı separatçı ərazilərdə (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və Dnestryani ərazilər) fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi və “Şərq Tərəfdaşları regionları” adı ilə onlara 10 yer ayrılması üçün ŞT VCF milli platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilib: “Narahatlıqla qeyd etmək istəyirik ki, ŞT VCF-nun İdarə Heyətinin həmin qərarı beynəlxalq hüquq normalarını, Azərbaycan, Gürcüstan və Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü şübhə altına alır, o cümlədən həmin ŞT ölkələrinin Aİ ilə münasibətlərinin hüquqi əsaslarına ziddir.  Hesab edirik ki, separatçı rejimlərin nəzarətində olan ərazilərin “Şərq Tərəfdaşlığı regionu” adlandırılması əslində gizli formada işğalçılığa bəraət qazandırmaq və ŞT dövlətlərinin ərazilərinin işğal edilməsini və ya parçalanmasını qanuniləşdirmək cəhdindən başqa bir şey deyil”.

 

Millət vəkili qeyd edib ki, Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramında 6 ölkə – Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Belarus mövcuddur. Avropa İttifaqının heç bir sənədində indiyədək nə “Avropa İttifaqının regionu”, nə də “Şərq Tərəfdaşlığı regionu” anlayışlarına rast gəlinməyib: “Odur ki, ŞT VCF “Şərq Tərəfdaşlığı regionu’’ ifadəsini siyasi və ictimai dövriyyəyə gətirmək cəhdi təxribatdır, gələcəkdə zəncirvari şəkildə çox ciddi və uzaq gedən ağır nəticələr verə bilər. ŞT VCF-nun İdarə Heyətinin qeyd edilən qərarına, xüsusilə də Dağlıq Qarabağı “Şərq Tərəfdaşlığı regionu’’ adlandırmasına qarşı qəti etirazımızı bildirərək bəyan edirik ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının beynəlxalq hüquqla təsbit edilmiş və ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən də Azərbaycanın işğal edilmiş ərazilərindən olan QHT-lərə ŞT VCF-da təmsilçilik hüququnun verilməsi cəhdi beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etməklə, bir tərəfdən Ermənistanın işğalçılıq siyasətini təqdir edir, digər tərəfdən isə Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik nümayiş etdirir və onu beynəlxalq hüququn imperativ prinsiplərinə zidd olaraq şübhə altına alır”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları