Elxan Süleymanov beynəlxalq təşkilatlara 5 sual göndərdi
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyona, Avropa Şurasının Baş katibi Torbyörn Yaqlanda, Avropa Şurası Parlament Assambleyasının Baş katibi Voysix Saviçkiyə, Avropa Şurasına üzv dövlətlərin Xarici İşlər Nazirlərinə, Avropa Şurası Parlament Assambleyasının bütün üzvlərinəbir daha müraciət edib.
Teleqraf.com-un məlumatına görə, müraciətdə bildirilir ki, 22 aprel 2013-cü il tarixdə Avropa Şurasının yaz sessiyasında Ermənistanda keçirilmiş prezident seçkiləri müzakirə olunacaq.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyona, Avropa Şurasının Baş katibi Torbyörn Yaqlanda, Avropa Şurası Parlament Assambleyasının Baş katibi Voysix Saviçkiyə, Avropa Şurasına üzv dövlətlərin Xarici İşlər Nazirlərinə, Avropa Şurası Parlament Assambleyasının bütün üzvlərinəbir daha müraciət edib.
Teleqraf.com-un məlumatına görə, müraciətdə bildirilir ki, 22 aprel 2013-cü il tarixdə Avropa Şurasının yaz sessiyasında Ermənistanda keçirilmiş prezident seçkiləri müzakirə olunacaq.
“Həmin müzakirələrlə əlaqədar fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Cari ilin mart ayının 20-də Monitorinq Komitəsinin iclasında Ermənistanda keçirilən prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Karin Voldset bu ölkədə keçirilmiş seçkiləri demokratik olaraq qiymətləndirdi və təqdir etdi. Bununla əlaqədar biz Ermənistanda keçirilən prezident seçkilərinin qeyri-demokratik olması barədə 5 ölkəni təmsil edən 24 nəfər
deputatın imzası ilə mouşn sənədi təqdim etmişik. Eyni zamanda diqqətə çatdırmaq istərdim ki, AŞPA-nın bu ilin yanvar sessiyasında iştirak edən 225 deputatdan 196 nəfəri Monitorinq Komitəsinin Az
edirəm: ərbaycanda demokratiyanın vəziyyətinə dair məruzəsi əsasında hazırlanmış qətnaməyə səs vermişdir və həmin qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğalını ehtiva edən müddəa vardır. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin olduğunu bir daha diqqətinizə çatdıraraq, aşağıdakı suallarımı cavablandırmanızı sizdən xahiş
1. Avropa Şurasının üzvü olan bir dövlətin, Ermənistanın, Avropa
Şurasının üzvü olan digər dövlətin, Azərbaycanın torpaqlarını
25 ilə yaxın bir müddət ərzində işğal altında saxlamasına
münasibətiniz necədir?
2.Xocalı soyqırımının təşkilatçısı və fəal iştirakçılarından biri
olan Sarkisyanın 10 ildən artıq müddət ərzində Ermənistanın ali
dövlət rəhbəri olduğu dövrdə işğala son qoymadan və iki ölkə
arasında sülhə nail olmaq istiqamətində heç bi müsbət addım
atmadığı təqdirdə yenidən Ermənistanın prezidenti seçilməsini
necə qiymətləndirirsiniz?
3.Ermənistan prezidenti olaraq Sərkisyanın fəaliyyət göstərdiyi
dövrdə işğal olunmuş Azərbaycan ərazisində Xocalı aeroportunun
tikilib istifadəyə verilməsi cəhdlərini Cənubi Qafqazda gərginliyin
artmasına yönəlmiş təxribat kimi dəyərləndirirsinizmi?
4. Ermənistan bu ilin iyul ayından etibarən Avropa Şurasının
Nazirlər Kabinetinə rəhbərlik edəcək. Digər üzv dövlətin
ərazilərini hərbi işğal altında saxlayan bir dövlətin Avropa
Şurasında Avropa dəyərləri, demokratiya, insan hüquqları və
hüququn aliliyinə nəzarət edən bir quruma rəhbərlik etməsini
necə dəyərləndirirsiniz?
5. Işğalçı dövlətdə keçirilən seçkilərin demokratiklik müstəvisində
qiymətləndirilməsi və ümumiyyətlə, işğalçı dövlətin Avropa
Şurasında üzv dövlət kimi fəaliyyət göstərməsi demokratiya, söz
azadlığı, qanunun aliliyi ilə ziddiyyət təşkil etmirmi?”
E.Süleymanov təəssüflə bildirir ki, Ermənistanda keçirilən prezident seçkiləri ilə əlaqədar bəyanatına heç bir reaksiya olmayıb: “Lakin ümidvaram ki, ədalət zəfər çalacaq və Siz demokratiya, insan hüquqları və hüququn aliliyini dəstəkləyəcəksiniz”.