Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi ilə görüşüb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi xanım Milica Markoviç və onu müşayiət edən şəxslərlə görüşüb. AVCİYA-dan APA-ya verilən məlumata görə, qurumun ofisində keçirilən görüşdəAvropa Şurasının sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin məruzəçisi Milica Markoviç, sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin katibi Aiste Ramanauskaite, ekspert Styliani Lydia Vamvakeridou və məruzəçinin köməkçisi Adnan Besiç, AVCİYA-nın I vitse-prezidenti Vəli Əlibəyov, AVCİYA ekspertləri Samir İsayev, Ramiz Sevdimalıyev, Şahin Camalov və Məhərrəm Zülfüqarlı iştirak ediblər.

 

Görüşdə işğal altında olan  Sərsəng bəndinin yaradığı sosial fəlakət, ekoloji böhran Yevlax, Bərdə, Ağdam, Tərtər, Goranboy və Ağcabədi rayonlarının su ilə təminatında mövcud olan acınacaqlı vəziyyət və s. məsələlər müzakirə olunub.

Görüşün sonunda qonaqlara AVCİYA-nın Sərsəng layihəsi ilə bağlı nəşr etdiyi kitablar və digər sənədlər təqdim olunub.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları