Elxan Süleymanov: “Avronestin Bakı sessiyasında siyasi hədəflərə nail olundu”

 

6 aprel 2012- ci il

“Azərbaycan nümayəndə heyəti Avronest Parlament Assambleyasının Avropa İttifaqından birinci dəfə kənarda keçiriləcək plenar sessiyasına Azərbaycanın ev sahibliyi etməsi məsələsində uğur qazandı. Bu siyasi tapşırığı uğurla başa vurmaq məsuliyyəti böyük idi, həm Avropa, həm də Şərq Tərəfdaşlığı ölkələrində ictimai fikrin gözləntiləri bundan da böyük idi”. SİA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Bakıda keçirilən ikinci sessiyası barədə danışarkən deyib. O, qeyd edib ki, Azərbaycan nümayəndə heyəti mühüm siyasi nəticələri hədəf götürən və eyni zamanda, qonaqlarına yüksək qonaqpərvərlik və ölkənin çiçəklənən iqtisadi və sosial inkişafına şahid olmaq imkanı təklif edən yeni istiqamət müəyyən etmək iddiasını gizlətmirdi./Sia.az

 

6 aprel 2012- ci il

“Azərbaycan nümayəndə heyəti Avronest Parlament Assambleyasının Avropa İttifaqından birinci dəfə kənarda keçiriləcək plenar sessiyasına Azərbaycanın ev sahibliyi etməsi məsələsində uğur qazandı. Bu siyasi tapşırığı uğurla başa vurmaq məsuliyyəti böyük idi, həm Avropa, həm də Şərq Tərəfdaşlığı ölkələrində ictimai fikrin gözləntiləri bundan da böyük idi”. SİA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Bakıda keçirilən ikinci sessiyası barədə danışarkən deyib. O, qeyd edib ki, Azərbaycan nümayəndə heyəti mühüm siyasi nəticələri hədəf götürən və eyni zamanda, qonaqlarına yüksək qonaqpərvərlik və ölkənin çiçəklənən iqtisadi və sosial inkişafına şahid olmaq imkanı təklif edən yeni istiqamət müəyyən etmək iddiasını gizlətmirdi. Belə ki, siyasi hədəflərə nail olundu, müxtəlif komitələrdə bütün qətnamələr qəbul edildi: “2011-ci ildə Strasburq sessiyasından sonra qəti siyasi maneələr qalırdı, lakin Bakıda keçirilən sessiyada Avropa İttifaqına 15 üzv dövlətlə birgə, 168 iştirakçı güclü və rəsmi qərarlar qəbul etmək üçün zəruri stimulu tapdılar. Bu isə davamlı Şərq-Qərb əməkdaşlığında irəliyə doğru mühüm addımlar atıldığını göstərir. Sessiyanın ilk günü, bazar ertəsi aprelin 2-də, iştirakçıların böyük razılığı ilə bütün komitə iclasları qətnamə layihəsinin qəbul edilməsi ilə nəticələndi. Prosedur Qaydaları üzrə İşçi Qrupunda Azərbaycan nümayəndə heyətinin xüsusi müraciəti əsasında 16-cı maddənin 5-ci hissəsi silindi. Bu maddə istənilən Şərqi Avropa Tərəfdaşına “ölkəsinin mühüm marağına qarşı” qəbul ediləcək istənilən qərara de-fakto vetonu təmin edirdi. Bütün əvvəlki iclaslarda Ermənistan nümayəndə heyəti siyasi məsələnin həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğu hər vəziyyətdə bu maddədən sui-istifadə edirdi. Bakıda işçi qrupunun qərarı sayəsində Dağlıq Qarabağ mövzusu artıq tabu deyil, lakin zəruri hallarda nəzərdən keçiriləcək və müzakirə ediləcək. Şübhəsiz, bu nəticə Azərbaycan üçün irəliyə doğru böyük addım idi”.

E. Süleymanov eyn zamanda Bakı sessiyasında qəbul olunan qərarlara da toxunub: “Digər maddələr də yenidən nəzərdən keçirilməli idi və Bakıda işçi qrupun mandatının daha bir il uzadılmasına qərar verildi. Belarus üzrə işçi qrupunda mühüm qərar qəbul edilib ki, bu da Avronest PA-da Belarusun tam heyətlə iştirakı tam üzvlük bir fakt olanadək davam edəcək. İşçi qrupuna əsasən, şərtlər bu mərhələdə həyata keçirilmir, lakin məsələyə baxılma qərarının davam etdirilməsi Şərqi Avropa Tərəfdaşları qrupunun altıncı üzv ölkəyə Bakı tərəfdən mühüm müsbət ismarıcını verir. İqtisadi İnteqrasiya Komitəsi öz qətnaməsini qəbul etdi və 2012-ci ilin payızında Qəbələdə seminar və ya konfrans təşkil edilməsi təklif olundu. Enerji Təhlükəsizliyi Komitəsində qəbul edilmiş qətnamə təchizat və davamlılıq təhlükəzisliyini vurğulayaraq Aİ və Şərqi Avropa Tərəfdaşları arasında enerji təhlükəsizliyi üzrə dialoqu dəstəkləməyi və gücləndirməyi tövsiyə edir. Azərbaycanın millət vəkili Fuad Muradov 2012-ci ilin sonunda Brüsseldə beynəlxalq ekspertlər və mühəndislərin iştirakı ilə enerji sahəsində yeniliklər barədə seminarın təşkil edilməsini təklif etdi. Bu təklif isti qarşılandı, çünki bu, Azərbaycan tərəfinin Aİ həmkarları ilə bu sahədə təcrübə və biliklərini bölüşməyə hazır olmasını sübut edir”.

Millət vəkili bildirib ki, dünyəvilik və tolerantlıq modeli olan Azərbaycan öz infrastrukturunu yeniləyərək və iqtisadi şaxələndirmə proseslərinə cəlb olunaraq, güclü iqtisadiyyat qurub: “İnanıram ki, bu gün Bakının Brüsseldən kənarda ilk Avronest sessiyasına ev sahibliyi etməsi təsadüf deyil və tezliklə “Eurovision” mahnı müsabiqəsinə də ev sahibliyi edəcək. Plenar sessiyanın bağlanışında Azərbaycan nümayəndə heyətinin adından Assambleyanın həmsədrlərinə xatirə hədiyyəsi təqdim edildi. Azərbaycan xalçası üzərində toxunmuş Avropa İttifaqının bayrağı Avropa İttifaqı və Şərqi Avropa Tərəfdaşları arasında güclü dostluq əlaqələri və səmimi əməkdaşlığın yüksək səviyyədə olmasının rəmzi kimi Avropada Şərq-Qərb əməkdaşlığı tarixinə öz möhürünü vuraraq Bakıda bu beynəlxalq tədbirin tam uğurunu ifadə edirdi”./Sia.az

 

Digər mənbələr:modern.az   rst.az

 

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları