Elxan Süleymanov Avronest PA-nın iclasını tərk etdi


Avronest PA-nın bu gün başlayan Büro iclasında həmin qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanatla çıxış edib.


AzNews.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, dostluğun, etimadın və əməkdaşlığın məkanı hesab edildiyi təşkilatda Azərbaycana qarşı edilən görünməmiş hücumlar təssüf yaradır: 

“ATƏT/DTİHB müşahidə missiyası istisna olmaqla, Avropa Parlamenti, AŞPA, ATƏT PA və digər müşahidə missiyaları seçkiləri azad, şəffaf, ədalətli, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmiş kimi qiymətləndirmişlər. ATƏT-in fəaliyyətdə olan Sədri bu qurumların qiymətləndirməsini dəstəkləmişdir. 

Təəssüf ki, Avropa Parlamenti Avropa Qonşuluq siyasəti üzrə 23 oktyabr tarixli Qətnaməsinin 32-ci bəndində öz müşahidə misiyasının seçkilərlə bağlı müsbət qiymətləndirməsinə hörmətsizlik və inamsızlıq nümayiş etdirib, ATƏT-in bir Bürosunun (ATƏT DTHİB) nəticələrinə istinad edərək seçkilərin ATƏT standartlarına cavab verməməsi kimi qiymətləndirmişdir. Sual doğur, Avropa Parlamentinin faktiki mövqeyi nədir? Azərbaycan ilə əməkdaşlıq etmək, Cənubi Qafqazda sülh və sabitlik yaratmaq istəyirmi? Öz hesabatlarını və nümayəndə heyətlərini tanıyırmı?! Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların təcrübəsində heç vaxt olmayan, öz rəsmi müşahidə missiyasına saymazyana yanaşmaqla tərəfdaşına qarşı belə anormal vəziyyəti yaratmaqda məqsədi nədir?”.

Bəyanatda qeyd olunub ki, hələ seçkilərin keçirilməsindən əvvəl seçkilərlə bağlı problemlərin olacağını bildirərək Avropa Parlamentində Azərbaycan əleyhinə kampaniyalar təşkil edən bir qrup Avropa Parlamenti deputatları – Leonidas Donskis (ALDE, Litva), Ulrike Lunacek (Yaşıllar, Avstriya), Ana Qomes (SD, Portuqaliya) və Gerben Yan Gerbrandinin həmlələri kimi əsassız hücumları qəbul edilə bilməz: “Avropa Parlamenti üçün mesajimiz budur, başqalarına hücum etməyə başlamazdan əvvəl öz evinizin vəziyyətini yaxşılasdırın. Biz Avropa Parlamentinin beynəlxalq institut kimi hazırkı düşdüyü vəziyyəti qınayırıq”.

E. Süleymanov daha sonra bəyan edib ki, Azərbaycan AvroNest PA-nın rəhbərliyinə dəfələrlə müraciət edərək sülhə nail olunana qədər Ermənistanın həmsədrliyinə etirazını bəyan edib, əks təqdirdə AvroNest PA-da ŞT komponenti kimi Ermənistanın həmsədrliyi dövründə fəaliyyətini dayandıracağını bildirib.

Bütün yuxarıda deyilənləri nəzərə alaraq bəyan edirəm: Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 32-ci bəndini qətiyyətlə rədd edir və bu bəndin səbəbləri ilə bağlı araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər Azərbaycan tərəfi AVRONEST PA ilə əməkdaşlığı hansı formatda davam etdirəcəyi barədə düşünmək məcburiyyətində qalır və Azərbaycan torpaqları işğaldan azad edilməyənədək işğalçı dövlət olan Ermənistanın AVRONEST PA-da ŞT komponenti tərəfindən həmsədrliyi dövründə bu qurumda fəaliyyətini dayandıracaq. Diqqətinizə görə minnətdaram və Avropa Parlamenti Qətnaməsinin 32-ci bəndinə etiraz əlaməti olaraq Büro iclasını tərk edirəm”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları