Elxan Süleymanov Avronest PA-nın həmsədrləri və Avronest PA-nın Büro üzvlərinə etiraz məktubu ünvanlamışdır.
16 oktyabr 2014-cü ildə Brüsseldə AvroNest PA-nın Büro iclası keçiriləcək. İclasda digər məsələlərlə yanaşı qurumun növbəti sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı məsələ müzakirə ediləcək. AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı Avronest PA-nın həmsədrləri və Avronest PA-nın
Büro üzvlərinə etiraz məktubu ünvanlamışdır. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq.
AVRONEST PA həmsədrlərinə,
AVRONEST PA Büro üzvlərinə,
Hörmətli həmsədrlər,
Hörmətli həmkarlar,
Azərbaycan nümayəndə heyəti 2011, 2012 və 2013-cü illərdə davamlı şəkildə Büro iclaslarında AVRONEST PA-da Ermənistanın həmsədrliyinə və AVRONEST PA-nın növbəti sessiyalarının Ermənistanda keçirilməsinə öz qəti etirazını bildirmişdir.
Azərbaycan nümayəndə heyəti bir daha Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun əraziləri işğaldan azad edilməyənədək, Sərsəng su anbarının 22 ildən artıq işğal altında qalması nəticəsində
qoyulmayanadək AVRONEST PA-nın sessiyalarının, Büro və
komitə iclaslarının Ermənistanda keçirilməsinə qəti etiraz edir, həmin sessiyaların və iclasların işində iştirakdan imtina edəcəyini bildirir.
Elxan Süleymanov,
AVRONESTPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri