Elxan Süleymanov: “Avronest PA böyük gələcək vəd edən təşkilatdır”
“Milli Məclis” Analitik İnformasiya Jurnalının mart-aprel sayında Elxan Süleymanovun geniş müsahibəsi dərc edilmişdir.
Elxan Süleymanov:
“Avronest PA böyük gələcək vəd edən təşkilatdır”
Müsahibimiz Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasın-da Azərbaycan nümayəndə heyəti-nin rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanovdur.
-14-15 sentyabr 2011-ci il tarixdə Strasburqda Avronest PA-nın ilk sessiyası keçirildi və bu sessiyada qərara alındı ki, Avronest PA-nın ikinci plenar sessiyası Azərbaycanda keçirilsin…
– Qeyd edək ki, Avronest PA-nın təsis konfransından bir müddət sonra Ermənistan nümayəndə heyəti Avronest PA-nın ilk sessiyasını müstəqilliklərinin 20 illiyi ərəfəsində – sentyabrın sonlarında Yerevanda keçirilməsini təklif etmişdilər. Biz dərhal bu təkliflə bağlı Avronest PA rəhbərliyinə məktubla müraciət etdik, Ermənistanın işğalçı dövlət olmasını bir daha onların nəzərinə çatdırdıq və bu səbəbdən də bu təklifin əleyhinə olduğumuzu bildirdik. Bizim səylərimiz nəticəsiz qalmadı. Büronun 21 iyun tarixli iclasında qurumun plenar sessiyasının keçirilməsi ilə bağlı müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin təklifi heç müzakirələrə belə çıxarılmadı. İlk sessiyanın Strasburqda keçirilməsi barədə qərar qəbul olundu, qurumun 2012-ci ildə növbəti sessiyasının keçirilməsi ilə bağlı Azərbaycan nümayəndə heyətinin təklifi müzakirə edildi.
Müzakirələr zamanı antiazərbaycan mövqeden çıxış edən bir sıra deputatlar ciddi müqavimət göstərərək, növbəti sessiyanın Azerbaycanda keçirilməsinin qarşısını almağa çalışırdılar. Büronun qeyd edilən iclasında məsələ hell edilməsə da, ikinci plenar sessiyanın Bakıda keçirilməsinə dair qərar büronun 14 sentyabr 2011-ci ilde keçirilmiş iclasında qəbul edildi.
Beləliklə, Avronest PA-nın plenar sessiyası Şərq tərəfdaşlığı ölkələri içərisində ilk dəfə Azərbaycanda keçirildi. Sessiya zamanı Avronest PA-nın Avropa İttifaqının 15 üzv ölkəsini təmsil eden 160-dan artıq qonaq Bakıya səfər etdi. Şərq tərəfdaşlığı ölkələri sırasında məhz Azərbaycanın seçilməsi bizim böyük siyasi uğurumuzdur. Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı cənab Ştefan Fülenin iştirakını, plenar iclas zamanı Avropa Parlamentinin prezidenti cənab Martin Şultsun sessiya iştirakçılarına video-müracieəini Avropa İttifaqmm Avronest PA-nın Bakı sessiyasına verdiyi xüsusi önəm kimi qəbul etmək olar.
Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin Avronest PA-nın həmprezidentlərini və büro üzvlərini qəbul etməsi, cənab Prezidentin plenar iclasda çıxışı, o cümlədən Milli Məclisin Sədri cənab Oqtay Əsədovun həmprezidentləri qəbul etməsi, komitələrin iclaslarında bir sıra nazirlərin çıxış etməsi Bakı sessiyasının əhəmiyyətini daha da artırdı və ölkəmizin bu qurumun fəaliyyətinə, onun məqsədlərinə marağının göstəricisidir.
Bu sessiya həm siyasi, həm də texniki baxımdan yüksək səviyyədə keçirildi. Belə ki, qurumun 2011-ci ilin sentyabr ayında Strasburqda keçirilən ilk sessiyası zamanı qətnamə qəbul edilməmişdi. Lakin Bakı sessiyası zamanı komitələrin iclaslarında məruzələr qəbul edildi, plenar iclasda bu məruzələr təsdiqləndi və həmin məruzələr əsasında qətnamə qəbul edildi. Bu, həm Avronest PA-nın, həm də Azərbaycanın qələbəsi oldu. Bakı sessiyası Azərbaycanın demokratik deyərlərə, özünün beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə, əməkdaşlıq ənənələrinə sadiq olduğunu bir daha nümayiş etdirdi.
Sessiyaya qatılmış çoxsaylı nümayəndələr Avronest PA-nın Bakı şəhərində keçirilmiş ikinci sessiyasının işini həm siyasi, həm də texniki nöqteyi-nəzərdən yüksək qiymətləndirdilər. Bakı sessiyası sübut etdi ki, üzv dövlətlər arasında mövcud hər hansı bir problem, siyasi iradə olarsa, qurumun məhsuldar işinə mane olmaq iqtidarında deyil. Biz, Azərbaycan nümayəndə heyəti olaraq, hər zaman Avronest PA-nın fəaliyyətinə ciddi yanaşmışıq və gələcəkdə də bu qurumun uğurlu fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.
İrəli gedərək onu da bildirmək istərdim ki, 2012-ci ildə ölkəmizdə Avronest PA-nın Sosial məsələlər və İqtisadi inteqrasiya komitələrinin konfransları, 2013-cü ildə isə Enerji təhlükəsizliyi komitəsinin iclası keçi-riləcək.
-Bakı sessiyasının uğurlu nəticələrinə baxmayaraq, Ermənistan nümayəndə heyəti Yerevana qayıtdıqdan sonra mətbuat konf ransı keçirərək, Azərbaycana qarşı ittihamlar irəli sürdülər…
– Bəli, ermənilər həmişə olduğu kimi, yenə də baş vermiş hadisələri öz prizmalarından qiymətləndirməyə çalışdılar, sessiyanın gedişatı ilə bağlı təhrif edilmiş fikirlər söylədilər və sessiya zamanı əldə edilmiş uğurları şübhə altına almağa çahşdılar.
Ermənilər tərəfindən təxribat xarakteli əməllər Sosial məsələlər komitəsinin cari ilin 23-24 fevralında Yerevanda keçirilən iclası zamanı da törədilmişdi. Onlar iclas iştirakçılarını əsas etibarilə beynəlxalq hüquq və bir sıra BMT qətnamələrinə tamamilə zidd olan çıxışlar, tarixi faktları saxtalaşdıran xəritələr və şəkillərlə əhatə etdilər.
Məlum olduğu kimi, ermənilər Azərbaycanla bağlı bütün həqiqətləri təhrif etməyi, tarixi faktlan saxtalaşdırmağı özləri üçün, müəyyən mənada, peşəyə çeviriblər. Onlar Azərbaycanın işğal edilmiş ərazilərini mütəmadi olaraq tarixi erməni əraziləri kimi qələmə verir, çap etdirdikləri xəritələrdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Azərbaycanın işğal edilmiş ərazilərini Ermənistanın bir hissəsi kimi təqdim etməkdən, belə xəritələri İnternet vasitəsilə və bir çox beynəlxalq təşkilatlarda yayımlamaqdan, hətta belə xəritələr asılmış zallarda iclaslar keçirməkdən belə çəkinmirlər. Əlbəttə, Sosial məsələlər komitəsinin iclası keçirilən zalda belə bir xəritə yox idi və ola da bilməzdi, əks təqdirdə bizim nümayəndələrimiz iclasda iştirak etməzdilər. Lakin Ermənistan daimi olaraq Azərbaycan ərazilərini öz xəritələrində beynəlxalq prinsiplərə zidd göstərir və belə xəritələrə Ermənistanın hər yerində və müxtəlif mənbələrdə rast gəlmək olar.
Yeri gəlmişkən, ermənilərin xisləti və onların saxtalaşdırmaq “peşələrinə” sadiqliyi barədə bir misalı da göstərmək yerinə düşərdi. Avronest PA-nın Bakı sessiyası ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) nəfis tərtibatda “Tarixi Azərbaycan dövlətləri” kitabını nəşr etdi. Kitab Azərbaycan və ingilis dilləri ilə yanaşı, erməni, gürcü, moldav və Ukrayna dillərində də nəşr edildi.
Kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatlarla yanaşı, onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr də verilib. Təvazökarlıqdan kənar səslənə bilər, amma deməliyəm ki, bu nəşrin ideya müəllifi mənəm. Kitab əslində mötəbər qurumda təmsil olunan Şərq tərəfdaşlığı ölkələrinin qanunvericilərinə tariximiz haqda məlumat vermək məqsədilə nəşr edilib. Bu isə heç kimi, o cümlədən Ermənistan nümayəndələrini narahat etməməli idi.
Amma artıq aprelin 2-dən müxtəlif erməni saytlarında bu kitaba onun yaradıcı heyətinə qarşı hü-cumlar başladı. Mən bu saytlarda Ümummilli liderimizin zəngin irsini öyrənmək və təbliğ etmək kimi son dərəcə gərəkli missiyanı həyata keçirən Mərkəzin və “Tarixi Azərbaycan dövlətləri” kitabının yaradıcı heyətinin ünvanına yazılan cəfəng fikirlər barədə danışmaq istəməzdim. Amma fakt faktlığında qalır. Ermənistan qanunvericiləri aprelin 2-də Bakıya gəlirlər və onlara bu nəşr təqdim edilir. Elə 2 apreldə də çeşidli erməni saytlarında Nikolay Melkumov adlı müəllifin şərhləri yerləşdirilməyə başlayır. Şərhə ehtiyac varmı?
Ermənistan nümayəndə heyətinin üzvləri Bakı sessiyası zamanı yenə öz çirkin mübarizə vasitələrinə əl atdılar. Elə sessiya zamanı onlar iştirakçılar arasında antiazərbaycan xarakterli 3 kitab yaydılar, ölkələrinə qayıdandan sonra özlərinə siyasi divident qazanmaq naminə geniş və qeyri-obyektiv şərhlər verdilər. Hətta Azərbaycan tərəfinin onları diplomatik qaydalara uyğun olaraq qarşılamasını siyasiləşdirərək, azərbaycanlıların guya torpaq itkisi ilə barışdığı barədə sərsəm məlumatlar da yaydılar. Belə nəticə çıxarmaq olar ki, Ermənistan tərəfi Azərbaycanın radikallaşmasında, bununla da Avronest PA-nın bundan sonrakı fəaliyyətinin iflic vəziyyətinə salınmasında maraqlıdır. Lakin bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan Avronest PA-nın bundan sonra da uğurlu fəaliyyəti üçün əlindən gələni etməkdə israrlıdır.
Yeri gəlmişkən bildirmək istərdim ki, Ermənistan nümayəndə heyətinin destruktiv fəaliyyəti ilə bağlı mən Avropa Parlamentinin prezidenti cənab Martin Şultsa, Avronest həmprezidentlərinə və büro üzvlərinə müraciət ünanlamışam.
Həmin müraciətdə Ermənistan nü-mayəndə heyətinin saxtakarlıqları faktlarla sübuta yetirilmiş, onları hər cür qeyri-obyektiv, qərəzli, təxribat xarakterli bəyanatlarına və antiazərbaycan təbliğatına son qoymağa, bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü əks et-dirən qətnamələrinə hörmətlə yanaşmağa dəvət etmiş, Avronest PA-nın məqsədlərinə nail olunması istiqamətində əməkdaşlığa çağırmışam.
– İmkandan istifadə edərək, söhbətimizin istiqamətini dəyişmək istərdim. Azərbaycan Avropa Şurasına üzv qəbul edildikdən bəri dövri olaraq siyasi məhbus məsələsi ilə qarşılaşır. Son vaxtlar bu məsələ ətrafında yenidən aktivlik müşahidə edilir. Məsələ ilə bağlı fikrinizi bizimlə bölüşməyi xahiş edirik.
– Azərbaycan Avropa Şurasına üzv qəbul edildiyi zamana qədər “siyasi məhbus” anlayışı və onun hüquqi təbiəti heç bir beynəlxalq hüquqi sənəddə, o cümlədən Avropa Şurasının sənədlərində müəyyən edilməmişdi və həmin problem bu günədək beynəlxalq-hüquqi müstəvidə öz həllini tapmamışdır. Bundan əlavə, heç bir beynəlxalq məhkəmə, o cümlədən qərarları presedent xarakteri daşıyan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında bu anlayışdan istifadə etmir.
Buna baxmayaraq, 2009-cu ildə Avropa Şurasındakı bəzi dairələr bu quruma üzv olan 47 dövlətdən yalnız Azərbaycana siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin edilməsinə nail oldular. Azərbaycan tərəfi, öz növbəsində, Avropa Şurası çərçivəsində ölkəmizə qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb və Hüquq məsələləri komitəsinin 2011-ci ilin oktyabr ayında keçirilən iclasında məsələ ilə bağlı məruzənin adının dəyişdirilməsinə nail oldu. Hazırda məruzə “Siyasi məhbus məsələsinə yeni baxış” adlanır və həmin mandata uyğun olaraq, Avropa Şu-rasına üzv dövlətlərin hamısına şamil oluna biləcək “siyasi məhbus” anlayışının meyarları hazırlanmalı, bu meyarlar əsasında üzv ölkələrdə ehtimal edilən siyasi məhbusların monitorinqi aparılmalıdır.
Bu ilin yanvar ayında Hüquq məsələləri komitəsinin iclasında mövzu ilə bağlı dinləmələr təşkil edildi. Dinləmələr zamanı çıxış edən komitə üzvlərinin böyük əksəriyyəti Azərbaycanın ortaya qoyduğu mövqeni dəstəklədi. Çıxışlarda bildirildi ki, məsələ ilə bağlı Avropa Şurası yeni səhifə açmalı, “siyasi məhbus” anlayışının bütün üzv dövlətlərə şamil edilə biləcək meyarları hazırlanmalı, meyarların hazırlanması və üzv ölkələrdə siyasi məhbusların izlənilməsi məruzələri bölünməli və bu məsələlər üzrə müxtəlif məruzəçilər təyin edilməli, Hüquq məsələləri və Monitorinq Komitələri arasında təkrarlanma halları aradan qaldırılmalıdır. Komitənin aprel ayında keçiriləcək iclasında məsələ ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir.
-Siz, eyni zamanda, Azərbaycan-Belçika parlamentlərarası əla-qələr üzrə işçi qrupunun rəhbə-risiniz…
– Məlum olduğu kimi, Belçika Krallığının parlamentində də Belçika-Azərbaycan parlamentlərarası alaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Hər iki ölkənin işçi qrupları arasında indiki tərkibdə bir il yarım əvvəl əməkdaşlıq əlaqələri qurulub, qarşılıqlı fəaliyyət planı hazırlanıb. İş planına əsasən bizim əməkdaşlığımız geniş spektrə malikdir və müxtəlif sahələri əhatə edir.
Bu müddət ərzində Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri 3 dəfə ölkəmizə səfər ediblər, ölkəmizin müxtəlif rəsmi dövlət strukturlarında görüşlər keçiriblər.
Belçika parlamentariləri ölkəmizə səfərləri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi-siyasi səbəbləri, Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü və Azərbaycan ərazilərinin işğalı zamanı insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması, işğal nəticəsində ölkəmizə vurulmuş maddi və mənəvi zərərin miqyası, işğal edilmiş ərazilərdə təcavüzkar dövlət tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş yüz minlərlə insanın taleyi ilə maraqlanmışlar. Belçika parlamentariləri Ağdam rayonunda yerləşən qaçqm şəhərciyinə getmiş və orada məskunlaşmış məcburi köçkünlərlə görüşmüşlər. Bu görüşlərdən əldə etdikləri məlumatlar nəticəsində Belçika parlamentində 5-7 mart 2012-ci il tarixdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr təşkil edilib.
Dinləmələrdə Belçika parlamentariləri ilə yanaşı, Avropa Parlamentinin bir sıra üzvləri də iştirak ediblər. Azərbaycandan həmin tədbirlərdə ölkəmizin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə yanaşı, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İşlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova və ölkəmizin elm adamları iştirak etdilər. Dinləmələr çərçivəsində Belçika parlamentinin konqres zalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq müzakirələr aparıldı, ölkəmizin Belçikadakı səfirliyinin binasında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirildi, Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət sərgi teşkil edildi.
Yaxın zamanlarda Belçika parla-mentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv qətnamənin qəbul edilməsi gözlənilir