Elxan Süleymanov: “Andres Herkelin mənimlə bağlı verdiyi məlumat həqiqətdən uzaqdır”

AŞPA Monitorinq Komitəsinin 20 mart 2013-cü il tarixli iclasında Ermənistanda keçirilmiş president seçkilərinə dair müzakirələr zamanı baş vermiş insidentlə bağlı KİV-də məlumatlar verilmişdi. Bu məlumatlarda bildirilirdi ki, insident Azərbaycan nümayəndə heyətinin Monitorinq Komitəsindəki üzvü Elxan Süleymanovun çıxışında Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsinə etiraz etməsi zamanı baş verib. Çıxış zamanı sədr Andres Herkel onun sözünü bir neçə dəfə kəsib və azərbaycanlı deputat etiraz əlaməti olaraq iclas zalını tərk edib.

AŞPA Monitorinq Komitəsinin 20 mart 2013-cü il tarixli iclasında Ermənistanda keçirilmiş president seçkilərinə dair müzakirələr zamanı baş vermiş insidentlə bağlı KİV-də məlumatlar verilmişdi. Bu məlumatlarda bildirilirdi ki, insident Azərbaycan nümayəndə heyətinin Monitorinq Komitəsindəki üzvü Elxan Süleymanovun çıxışında Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsinə etiraz etməsi zamanı baş verib. Çıxış zamanı sədr Andres Herkel onun sözünü bir neçə dəfə kəsib və azərbaycanlı deputat etiraz əlaməti olaraq iclas zalını tərk edib.

Maraqlıdır ki, 22 mart tarixdə Monitorinq Komitəsinin sədri Andres Herkel “Turan” agentliyinə bildirib ki, o, Süleymanovun çıxışını nitqinin məzmununa görə deyil, reqlamentə riayət etmək zərurəti ilə əlaqədar kəsib. Cənab Herkel əlavə edib ki,  “görüşün və tərcüməçilərin işinin sonuna 12 dəqiqə qalırdı. Siyahıda birinci olan Süleymanov da daxil olmaqla, dörd natiq qalmışdı. O, 4 dəqiqə çıxış etdi və mən ondan 2 dəqiqəyə nitqini yekunlaşdırmağı xahiş etdim, çünki Latviya, Ermənistan və Avstriyadan daha 3 natiq qalırdı. O, çıxışını yekunlaşdıra bilmədi və mən sədr olaraq onu dayandırmaq məcburiyyətində qaldım. O, 5 saatlıq görüş ərzində qısa çıxış etməyi xahiş etdiyim ilk həmkarımız deyildi”.

Millət vəkili Elxan Süleymanov Andres Herkelin insidentin nitqin mahiyyəti deyil, reqlamentlə bağlı olması iddiasının həqiqətdən uzaq olduğunu diqqətə çatdırıb. Bildirib ki, onun nitqi cədr Herkel tərəfindən birinci dəfə “Ağırlaşdırıcı məqam həm də ondan ibarətdir ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-cı ildə mülki əhaliyə qarşı soyqırım cinayətləri törətmiş erməni silahlı birləşmələrinin komandiri Serj Sarkisyan prezident seçilib” cümləsindən sonra yarımçıq dayandırılıb. Bu zaman Azərbaycanlı deputat Herkelə müraciət edərək deyib ki, “cənab sədr, Siz mənim ölkəm üzrə həmməruzəçi olmusunuz, demokratiya və insan hüquqlarının müdafiəsində sizində göstərdiyiniz səylər nəticəsində Azərbaycanda xeyli işlər görülüb, xahiş edirəm mənə söz azadlığımdan istifadə edərək çıxışımı davam etdirməyə imkan yaradın”.

Elxan Süleymanovun sözlərinə görə, bundan sonra Herkel ona çıxışını davam etdirməyə şərait yaradıb. O, çıxışını davam etdirməyə başlayaraq, Tomas de Vaalın kitabında Sarkisyanın Xocalıda törədilmiş qanlı faciənin müəllifələrindən biri və iştirakçısı olması barədə etirafını Komitə üzvlərinin diqqətinə çatdırarkən, Herkel qəzəblə yenidən E.Süleymanovun nitqini yarımçıq kəsib və azərbaycanlı deputat məhz bundan sonra etiraz əlaməti olaraq iclası tərk edib.   

Elxan Süleymanov bildirib: “Andres Herkelin mənim 4 dəqiqə çıxış etdiyim və onun 2 dəqiqəyə çıxışımı yekunlaşdırmaq barədə xahiş etməsi də həqiqətdən tam uzaqdır. Belə ki, cənab Herkel ilk dəfə çıxışımı dayandıranda mən cəmi 1 dəqiqə 40 saniyə idi ki, çıxış etməyə başlamışdım, ikinci dəfə çıxışım dayandırılanda isə cəmi 2 dəqiqə vaxt keçmişdi”.

Elxan Süleymanov çıxışının xronometrajı müəyyən edilməsinin çox incə və məsələyə aydınlıq gətirmək üçün vacib məqam olduğunu bildiriv. O qeyd ediv ki, onun Monitorinq Komitəsi iclasındakı çıxışının mətni KİV-də bir neçə gün əvvəl çap yayımlanıb. Odur ki, hər bir oxucu özü üçün onun çıxışının yarımçaq dayandırıldığı vaxtın xronometrajını asanlıqla müəyyən edə bilər.

Azərbaycanlı deputat həmçinin vurğulayıb ki, 17 mart tarixdə çıxışının mətnini elektron poçtla Herkelə və Komitənin katibliyinə də göndərib. Odur ki, Komitə üzvləri də həmin mətni əldə ediblər. Elxan Süleymanov, beləliklə, Herkelin qeyd edilən çıxışın dayandırıldığı vaxtın xronometrajını və məsələ ilə bağlı mətbuata ötürdüyü məlumatın nə dərəcədə obyektiv olduğunu asanlıqla müəyyən etmək imkanı olduğunu bildirib.

Millət vəkili Komitə iclasında müzakirə olunan məsələlərə ayrılmış vaxt məsələsinin də narahatçılıq doğurduğunu bildirib. O, qeyd edib ki, iclasda Ermənistanda keçirilmiş prezident seçkilərinə hər çıxışçıya cəmi 4 dəqiqə olmaqla çox az vaxt ayrıldığı halda, Türkiyə və Rumıniya ilə bağlı məsələlər ətrafında çıxışçılara uzun-uzadı vaxt verilirdi, onların arasında hətta 40 dəqiqəyədək çıxış edənlər də var idi.

“Çox maraqlı məqamdır ki, cənab Herkel həmin iclasda “Azərbaycanda son vəziyyət” barədə müzakirədə mənə 15 dəqiqə danışmağa məhdudiyyət qoymadı. Buna görə mən ona minnətdarlığımı bildirirəm. Bəs o, Ermənistanla bağlı çıxışımda nə üçün reqlamenti bəhanə gətirir? Biz demokratiya, azadlıq və vəhdət evində səmimi olmalı, ictimaiyyətə yanlış məlumat ötürməməliyik”. 

Elxan Süleymanov sonda Komitə iclasında baş verənlərin təsadüfi olmadığı və Ermənistanın təcavüzkar və cinayətkar dövlət olmasını, yenidən bu ölkənin prezidenti seçilmiş Serj Sərkisyanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməsini, nəhayət, seçkilərin demokratiyaya və hüququn aliliyi prinsiplərinə zidd olmasını ört-basdır etmək məqsədi daşıdığını bildirib.

Modern.az

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları