Elxan Süleymanov: «İşğalçılara bəraət qazandırılır»
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov Şərq Tərəfdaşlığı (HT) Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinə, həmçinin AVRONEST PA həmprezidenti Kristian Vigeninə, AVRONEST PA həmprezidenti Boris Tarasyuka və AVRONEST PA büro üzvlərinə müraciət edib. Bu barədə hafta-ichi.az-a E.Süleymanov özü məlumat verib. Müraciətdə bildirilir: «Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (VCF) İdarə Heyətinin 4-5 aprel 2013-cü il tarixlərində İrəvan şəhərində keçirilmiş iclasında tanınmayan separatçı ərazilərdə (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və Dnestryani ərazilər) fəaliyyət QHT-lərin VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi və “Şərq Tərəfdaşları regionları” adı ilə onlara 10 yer ayrılması üçün ŞT VCF Milli Platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilib.
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov Şərq Tərəfdaşlığı (HT) Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinə, həmçinin AVRONEST PA həmprezidenti Kristian Vigeninə, AVRONEST PA həmprezidenti Boris Tarasyuka və AVRONEST PA büro üzvlərinə müraciət edib. Bu barədə hafta-ichi.az-a E.Süleymanov özü məlumat verib. Müraciətdə bildirilir: «Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (VCF) İdarə Heyətinin 4-5 aprel 2013-cü il tarixlərində İrəvan şəhərində keçirilmiş iclasında tanınmayan separatçı ərazilərdə (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və Dnestryani ərazilər) fəaliyyət QHT-lərin VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi və “Şərq Tərəfdaşları regionları” adı ilə onlara 10 yer ayrılması üçün ŞT VCF Milli Platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilib. Narahatlıqla qeyd etmək istəyirik ki, ŞT VCF-nin İdarə Heyətinin həmin qərarı beynəxalq hüquq normalarını, Azərbaycan, Gürcüstan və Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü şübhə altına alır, o cümlədən, həmin Şərq Tərəfdaşlığı ölkələrinin Avropa İttifaqı ilə münasibətlərinin hüquqi əsaslarına ziddir». Sənəddə həmçinin bildirilir: «Hesab edirik ki, separatçı rejimlərin nəzarətində olan ərazilərin ’’Şərq Tərəfdaşlığı regionu’’ adlandırılması əslində gizli formada işğalçılığa bəraət qazandırmaq və ŞT dövlətlərinin ərazilərinin işğal edilməsini və ya parçalanmasını qanuniləşdirmək cəhdindən başqa bir şey deyil. Birmənalı şəkildə vurğulayırıq ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı mövcuddur, bu proqrama əsasən 6 ölkə (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Belarus) ŞT ölkələridir, Avropa İttifaqının heç bir sənədində indiyədək nə “Avropa İttifaqının regionu”, nə də “Şərq Tərəfdaşlığı regionu” anlayışlarına rast gəlinməyib və gəlinə də bilməz. Odur ki, ŞT VCF ’’Şərq Tərəfdaşlığı regionu’’ ifadəsini siyasi və ictimai dövriyyəyə gətirmək cəhdi təxtibatdır, gələcəkdə zəncirvari şəkildə çox ciddi və uzaqgedən ağır nəticələr verə bilər, eyni zamanda, Aİ-nin ŞT proqramının ruhuna və məqsədlərinə qarşı yönəlib. Odur ki, ŞT VCF-nun İdarə Heyətinin qeyd edilən qərarına, xüsusilə də Dağlıq Qarabağı ’’Şərq Tərəfdaşlığı regionu’’ adlandırmasına qarşı qəti etirazımızı bildirərək bəyan edirik ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının beynəlxalq hüquqla təsbit edilmiş və ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən də Azərbaycanın işğal edilmiş ərazilərindən olan QHT-lərə ŞT VCF-da təmsilçilik hüququnun verilməsi cəhdi beynəxalq hüquq normaları ilə ziddiyyət təşkil etməklə, bir tərəfdən Ermənistanın işğalçılıq siyasətini təqdir edir, digər tərəfdən isə Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik nümayiş etdirir və onu beynəlxalq hüququn imperativ prinsiplərinə zidd olaraq şübhə altına alır». Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının ’’Avropa Qonşuluq Siyasəti’’ və Şərq Tərəfdaşlığı proqramlarının aktiv iştirakçısıdır, Aİ ölkələri və bu ölkələrin vətəndaş cəmiyyətləri ilə müxtəlif sahələrdə mövcud əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsində maraqlıdır: «Hesab edirik ki, VCF İdarə Heyətinin qəbul etdiyi qərar, eyni zamanda, Aİ dəyərlərinə ziddir. Odur ki, biz bu qərarı pisləyirik və bəyan edirik ki, işğal edilmiş Azərbaycan əraziləri azad edilməyənə, 25 ilə yaxındır ki, qaçqın və məcburi köçkün həyatı yaşayan 1 milyona yaxın mülki əhalinin pozulmuş hüquqları tam bərpa edilməyənədək Dağlıq Qarabağdan olan QHT-lərin VCF-da təmsilçiliyi müzakirə obyekti ola bilməz».