İki nazirimizin birgə səfəri

Yanvar ayının 30-dan fevral ayının 3-dək geniş tərkibli Azərbaycan nümayəndə heyəti Polşaya səfər edəcək. Səfər Polşa tərəfdən AvroNest PA-nın vitse-prezidenti, Avropa Parlamentinin deputatı Jaçek Sayruş-Volski  və Azərbaycan tərəfdən AvroNest  PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov arasında əldə edilmiş razılıq əsasında baş tutacaqdır.

Səfər barədə AzVision.az-a məlumat verən Elxan Süleymanov bildirib ki, səfərdə əsas məqsəd Polşa və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, müəllim və tələbə  mübadiləsinin həyata keçirilməsi üçün həlli vacib məsələləri müzakirə etməkdir. Millət vəkili Azərbaycan və Polşa münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsaslarla inkişaf edərək müxtəlif sferaları əhatə etdiyini qeyd etməklə yanaşı bu münasibətlərin xüsusilə siyasi, humanitar, iqtisadi, o cümlədən enerji təhlükəsizliyi sahələrində daha əhatəli olduğunu vurğulayıb.

 

Millət vəkili səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Varşava iləyanaşı Lodz, Zgerj və Unievoy şəhərlərində görüşlər keçirəcəyini  qeyd edib.  Beləki, yanvarın 31-də Krakov şəhərində Yaqellon və İqtisadiyyat Universitetlərində, o cümlədən Strateji Təlimlər İnstitutunda bu Ali təhsil müəssisələrinin rəhbərliyi vəmüəllim-tələbə heyəti ilə, səfərin növbəti günü – fevralın 1-də Varşavada Polşanın Ali Təhsil və Elm Naziri Barbara Kudritska ilə, Polşa Seyminin Spikeri, Polşa Respublikasının Enerji Naziri, Xarici İşlər Naziri, İqtisadiyyat və Maliyyə Naziri, Polşanın AŞ PA-dakı nümayəndə heyəti və Seymin Xarici Əlaqələr Komitəsinin üzvləri ilə, həmçinin AvroNest PA çərçivəsində Avropa Parlamentinin Polşalı üzvləri ilə, elə həmin gün Avropa Kollecinin rektoru və müəllim-tələbə heyəti iləgörüşlər nəzərdə tutulub. Fevralın 2-də isə nümayəndə heyəti Lodz şəhərinə səfər edəcək və burada Lodz şəhərinin rəhbərliyi, eləcə də Lodzda fəaliyyət göstərən dövlət və özəl universitetlərin rektorları ilə görüşlər keçirəcəkdir. Lodza səfər çərçivəsində nümayəndə heyətinin Avropa İnstitutunda AvroNest PA-nın vitse-prezidenti Yaçek Saryuş-Volskinin sədrlik etdiyi Şura ilə görüşü də gözlənilir.

Səfərə xüsusi önəm verdiyini qeyd edən Elxan Süleymanov  vurğulayıb ki, Polşaya səfər edəcək nümayəndə heyətinə Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanov, Sənaye və Energetika naziri Natiq Əliyev, millət vəkilləri, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Şamaxı rayonunun icra başçısı Asif Məmmədov,  o cümlədən ölkəmizin AvroNest PA-da nümayəndəheyətinin üzvləri olan millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev və Ceyhun Osmanlı daxildir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları