Deputatlar Lodz Texniki Universitetində görüşlər keçirib

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyəti səfərin dördüncü günü Lodz Universitetində, Lodz xüsusi iqtisadi zonasında, Lodz Avropa İnstitutunda və Lodz Texniki Universitetində maraqlı görüşlər keçirib. Lodz Universitetində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidov çıxış ediblər. Azərbaycan təhsilinin şübhə doğurmayan nailiyyətləri və gündən-günə genişlənən beynəlxalq əlaqələr barədə ətraflı məlumat verilib. 

Görüşün sonunda Azərbaycan ali təhsil müəssisələrinin rəhbərləri Lodz Universiteti ilə əməkdaşlıq haqqında saziş imzalayıblar.
Azərbaycan nümayəndə heyətinin tam tərkibdə qatıldığı görüş Lodz xüsusi iqtisadi zonasında baş tutub. İki ölkə arasında iqtisadi əlaqələrin gələcək perspektivlərinin müzakirə olunduğu görüşdə sənaye və energetika naziri Natiq Əliyev və təhsil naziri Misir Mərdanov çıxış edib.
Lodz Avropa İnstitutundakı görüş xüsusilə maraqlı olub. Şəhərin meri Xanna Jdovanovska və digər rəsmilərin qatıldığı görüşdə Azərbaycan nümayəndə heyətinin əksər üzvləri çıxış ediblər. Millət vəkilləri Qüdrət Həsənquliyevin, Fazil Mustafanın və Fərəc Quliyevin çıxışları dinlənilib. Azərbaycanla Polşa arasında əlaqələrin perspektivlərindən söhbət açan deputat F.Quliyevin çıxışı xüsusi maraqla qarşılanıb. Burada Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə Lodz Avropa İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb. 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları