Deputat Elxan Süleymanovun AŞPA-ya məktubu böyük rezonans doğurub

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanovun Avropa Şurası Parlament Assambleyasına (AŞPA) yazdığı məktub haqqında məlumat rezonans doğurub.

SalamNews-un məlumatına görə, ingilis, alman və fransız dillərində 345 onlayn saytda yerləşdirilmiş məktubda bildirilir ki, Ermənistanın Avropa Şurasında gələcək sədrliyi Azərbaycanda narahatlıq yaradır: “Azərbaycan qonşu Ermənistanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi barədə qərara etirazını bildirir, çünki bu ölkə milyonlarla Azərbaycan vətəndaşının köçkün düşməsi və fundamental hüquqlarının pozulması ilə nəticələnən işğalı davam etdirir. Digər üzv dövlətin ərazilərini işğal altında saxlayan dövlətin sədrliyini necə qiymətləndirirsiniz?”

E.Süleymanov yazıb ki, BMT, Avropa Parlamenti və hətta AŞPA-nın özünün qətnamələrinə zidd olaraq 25 ildir digər üzv dövlətin ərazisini işğal altında saxlamasına baxmayaraq, Ermənistana sədrlik həvalə olunub. O, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilmiş qırğınla əlaqəsi olan keçmiş hərbi komandir Serj Sarkisyanın yenidən seçilməsi ilə nəticələnən builki prezident seçkiləri ilə bağlı da məsələ qaldırıb. Norveçli siyasətçi xanım Karin Voldsetin rəhbərlik etdiyi AŞPA-nın müşahidə missiyası hesabatda Azərbaycan ərazisinin hərbi işğala məruz qalmasını qeyd etsə də, seçkiləri demokratik olaraq qiymətləndirib.

E.Süleymanov məktubunda bunun “demokratiya, söz azadlığı və hüququn aliliyi”nin bütün qaydalarına zidd olduğunu söyləyib. K.Voldsetin hesabatına cavab olaraq, azərbaycanlı parlament üzvü Ermənistanda keçirilən prezident seçkilərinin qeyri-demokratik olması barədə 5 ölkəni təmsil edən 24 nəfər deputatın imzası ilə sənəd təqdim edib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları