Deputat Elxan Süleymanov Şamaxı rayonundakı bələdiyyələrin qadın üzvləri ilə görüşüb
Milli Məclisin deputatı Elxan Süleymanov bu gün Şamaxıda rayonundakı bələdiyyələrin qadın üzvləri ilə görüşüb.
SalamNews-un məlumatına görə, o, qadınları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, ən səmimi arzularını çatdırıb. Deputat bildirib ki, bu günlərdə Fövqəladə Hallar Nazirliyindən bir müddət əvvəl yazdığı məktuba cavab alıb.
Cavabda dyilir: “Şamaxı rayonu ərazisində baş vermiş torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 30 ədəd yeni fərdi yaşayış evinin və şəhərin 20 Yanvar küçəsində qəzalı vəziyyətdə olan 13 saylı yaşayış binasının əvəzinə yeni binanın tikintisi üçün nazirliyin “Azərinşaatlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb. Binaların inşası 2012-ci ilin tikinti planında nəzərdə tutulub. Daha 15 binanın da yaxın gələcəkdə inşa ediləcəyi planlaşdırılır”.
Görüş iştirakçıları Elxan Süleymanova göstərdiyi diqqətə görə təşəkkür ediblər.
Sonda qadınlara hədiyyələr verilib.