Deputat Elxan Süleymanov Avropa Parlamentinin prezidentinə müraciət edib
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şulza müraciət ünvanlayıb.
SalamNews-un məlumatına görə, müraciət Avropa Parlamentinin 13 sentyabr 2012-ci ildə qəbul etdiyi Qətnaməyə cavab olaraq göndərilib.