Dağlıq Qarabağ münaqişəsi Finlandiyada
Bu gün Finlandiya Parlamentində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda dinləmələr keçirildi. Dinləmələr AVRONEST PA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. SİA-nın məlumatına görə, dinləmələrdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İşlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, Azərbaycan – Finlandiya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun üzvləri Elxan Süleymanov və Ayaz Orucov, millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, Ceyhun Osmanlı iştirak ediblər.
Bu gün Finlandiya Parlamentində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda dinləmələr keçirildi. Dinləmələr AVRONEST PA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. SİA-nın məlumatına görə, dinləmələrdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İşlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, Azərbaycan – Finlandiya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun üzvləri Elxan Süleymanov və Ayaz Orucov, millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, Ceyhun Osmanlı iştirak ediblər. Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İşlər üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov geniş məruzə ilə çıxış edib. Dinləmələrdə həmçinin İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova “Azərbaycanın iqtisadi inkişafı və perspektivlər” mövzusunda çıxış edib.