Dağlıq Qarabağ problemi Sloveniyada müzakirə edildi
Sloveniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri Dağlıq Qarabağ problemini müzakirə edib. Publika.Az-ın verdiyi xəbərə görə, müzakirədə problemi sürətli və səmərəli dinc siyasi həll yolunun zəruriliyi vurğulanıb.
Eyni zamanda xarici hərbi hissələrin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını və artıq BMT Baş Məclisinin 14 may 2008-ci il tarixli 86-cı plenar sessiyasında qəbul edilmiş qətnaməsində bildirildiyi və BMT, Aİ, Avropa Şurasının bir sıra digər qətnamələri və sənədləri, eləcə də digər beynəlxalq təşkilatların sənədlərində təkrar edildiyi kimi, Azərbaycan Respublikasının tam suverenliyinin beynəlxalq tanınmış sərhədləri çərçivəsində real bərpasını vurğulanıb.
Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycan Parlamentinin nümayəndə heyətinin üzvləri Sloveniya Parlamentinin deputatlarına Dağlıq Qarabağdakı vəziyyət barədə məlumat veriblər. Məlumatda həmin ərazilərdə 1992-1994-cü illərdə Ermənistanla Azərbaycan arasında gedən müharibə nəticəsində 20.000 insanın həlak olması və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayonun bir neçə yüz min əhalisinin zorla öz torpaqlarından çıxarılması faktlarını əhatə edib.
Eyni zamanda 20 illik diplomatik fəaliyyət və müxtəlif vasitəçiliklər bu vaxta qədər hər hansı bir nəticə vermədiyi bildirilib:“Dağlıq Qarabağ problemi açıq olaraq qalır və bununla bərabər “dondurulmuş münaqişə” istənilən vaxt təhlükəli miqyasda böhrana çevrilə bilər.
Aydındır ki, status-kvo problemin həllinə töhfə vermir, gözlənilməzdir, vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər və problemin dinc və konstruktiv həllinə, o cümlədən bütövlükdə strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən bu regionun sabitliyinə və Aİ-nın münaqişəyə cəlb olunmuş mühüm tərəfdaşları olan bu iki ölkənin inkişafına maneə yaradır”.