Daha bir Avropa ölkəsi Dağlıq Qarabağla bağlı qətnamə qəbul edəcək

14 iyun 2012-ci il

Yaxın vaxtlarda daha bir Avropa ölkəsində Dağlıq Qarabağla bağlı qətnamə qəbul ediləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. Qətnamə müəlliflərindən birinin özü olduğunu deyən Elxan Süleymanov ermənilərin prosesə müdaxilə edə biləcəyini əsas gətirərək həmin dövlətin adını açıqlamayıb.

Elxan Süleymanov hazırda ümumilikdə 5 ölkənin parlamentində müvafiq qətnamələrin qəbulu istiqamətində, onun şəxsən rəhbərliyi altında işlər aparıldığını bildirib.

“Bu dövlətlərdən 3-də qeyd olunan sənədlərin bu ilin sonuna qədər, ikisində isə gələn ilin əvvəlində qəbulu gözlənilir”, – o deyib.

Elxan Süleymanov deyib ki, bəzi nüfuzlu avropalı parlamentarilər onunla söhbətdə Dağlıq Qarabağ münaqişəsi barədə məlumatsız olduqlarını vurğulayıblar.

O qeyd edib ki, Brüsseldə Azərbaycan mədəniyyəti günləri, oktyabr ayında isə Şamaxıda biznes forumun keçirilməsi planlaşdırılır

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları