Niderland İnstitutunun nümayəndələri partiya rəhbərləri ilə görüşəcək
4 iyun 2012-ci il
AVRONEST Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin rəhbərlik etdiyi Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun (NÇDİ) proqram meneceri Kati Piri və NÇDİ-nin Gürcüstan Respublikasındakı yerli nümayəndəsi Levan Tsutskiridzeni millət vəkli Elxan Süleymanova məktubla müraciət edib.
Publika.Az-ın məlumatına görə, məktubda NÇDİ nümayəndələrinin Milli Məclisdə təmsil olunan siyasi partiya təmsilçiləri ilə görüşmək istəyi bildirilir, görüşün təşkilinə millət vəkilinin yardım eləməsi xahiş olunur.
İyunun 3-dən başlanan səfər 5-nə qədər çəkəcək.
Niderlandın siyasi partiyasının nümayəndələri Azərbaycanda müzakirələr keçirir
4 iyun 2012-ci il
Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun (NÇDİ) proqram meneceri Kati Piri və partiyanın Gürcüstandakı yerli nümayəndəsi Levan Tsutskiridze Azərbaycana faktaraşdırıcı səfər edib. Bu barədə bazar ertəsi Trend-ə deputat Elxan Süleymanov bildirib.
Səfərin məqsədi Azərbaycan Milli Məclisində təmsil olunan siyasi partiyaların NÇDİ ilə əməkdaşlıq maraqlarını öyrənməkdir.
Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun proqram meneceri Azərbaycana gəlib
4 iyun 2012-ci il
Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigeninin rəhbəri olduğu Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun proqram meneceri Kati Piri və institutun Gürcüstandakı nümayəndəsi Levan Tsutskiridze Azərbaycana gəlib. Bu barədə APA-ya Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun ofisindən məlumat verilib. Səfər faktaraşdırıcı xarakter daşıyır və Milli Məclisdə təmsil olunan siyasi partiyaların Niderland Çoxpartiyalı Demokratiya İnstitutu ilə əməkdaşlıq maraqlarını öyrənməyə xidmət edir.

Elxan Süleymanovun folklorşünas alim Seyfəddin Qəniyevə 60 illik yubileyi ilə bağlı təbrik məktubu
Hörmətli Seyfəddin müəllim!
Sizi-görkəmli folklorşünas alimi, filologiya elmləri doktoru, professoru əlamətdar yubiley, anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, ictimai əhəmiyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.
Fitri istedadınız, yüksək təşkilatçılıq bacarığınız sayəsində Siz nüfuzlu alim, pedaqoq kimi tanınmısınız. Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da xidmətləriniz əvəzsizdir.
“Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsi barədə qərar qəbul etmişdir
22 may 2012-ci il
Mayın 21-də Parisdə AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin iclası keçirilmişdir. İclasda Komitənin 28 üzvünün “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsinə dair müraciətləri müzakirə edilmişdir.
Bu barədə AzərTAc-a AŞPA-nın həmin Komitəsinin üzvü, Milli Məclisin deputatı Elxan Süleymanov məlumat vermişdir.
Deputat demişdir ki, hazırkı müzakirələr bütövlükdə Avropa Şurası üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, siyasi məhbus məsələsi 10 ildən artıq müddətdə Avropa Şurasında ciddi müzakirə və mübahisələr mövzusu olmuşdur. Bu mübahisələrin kökündə isə “siyasi məhbus” anlayışının beynəlxalq-hüquqi təbiətinin qeyri-müəyyən olaraq qalması, onun hüquqi meyarlarının müəyyən edilməməsi, problemlə bağlı Avropa Şurasında üzv dövlətlərin bərabər hüquqlara malik olması prinsipinin pozulması durur.
Avropa Şurasında “siyasi məhbus” anlayışının meyarları hazırlanacaq
21 may 2012- ci il
Avropa Şurasında “siyasi məhbus” anlayışının meyarları hazırlanacaq. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov Trend-ə bildirib ki, qurumun Hüquq Məsələləri və İnsan Hüquqları komitəsinin Parisdə keçirilən iclasında “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsinə dair müraciətlər müzakirə edilib.
AŞPA Komitəsindən siyasi məhbuslarla bağlı qərar
21 May 2012-ci il
Elxan Süleymanov: “Qərara əsasən, siyasi məhbuslarla bağlı iddiaların monitorinqi Avropa Şurasında “siyasi məhbus” anlayışının meyarları hazırlandıqdan sonra keçirilə bilər”
Parisdə mayın 21-də AŞPA Hüquq məsələləri və İnsan hüquqları Komitəsinin iclası keçirilib. İclasda Komitənin 28 üzvünün “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsinə dair müraciəti müzakirə edilib. Bu barədə APA-ya AŞPA-nın qeyd edilən Komitəsinin üzvü, millət vəkili Elxan Süleymanov məlumat verib.
Millət vəkili bildirib ki, hazırkı müzakirələr bütövlükdə Avropa Şurası üçün xüsusi əhəmiyyət kəsb edir: “Belə ki, siyasi məhbus məsələsi 10 ildən artıq müddət ərzində Avropa Şurasında ciddi müzakirə və mübahisələr obyekti oluB. Bu mübahisələrin kökündə isə “siyasi məhbus” anlayışının beynəlxalq-hüquqi təbiətinin qeyri müəyyən olaraq qalması, onun hüquqi meyarlarının müəyyən edilməməsi, problemlə bağlı Avropa Şurasında üzv dövlətlərin bərabər hüquqlara malik olması prinsipinin pozulması durur.
AŞ PA «Siyasi məhbuslar məsələsinə yenidən baxılması» mövzusunda məruzələrin bölünməsi barədə qərar qəbul etmişdir
22 may 2012-ci il
Mayın 21-də Parisdə AŞ PA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin iclası keçirilmişdir. İclasda komitənin 28 üzvünün “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsinə dair müraciətləri müzakirə edilmişdir.
Bu barədə AzərTAc-a AŞ PA-nın həmin komitəsinin üzvü, Milli Məclisin deputatı Elxan Süleymanov məlumat vermişdir.
Deputat demişdir ki, hazırkı müzakirələr bütövlükdə Avropa Şurası üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, siyasi məhbus məsələsi 10 ildən artıq müddətdə Avropa Şurasında ciddi müzakirə və mübahisələr mövzusu olmuşdur. Bu mübahisələrin kökündə isə “siyasi məhbus” anlayışının beynəlxalq-hüquqi təbiətinin qeyri-müəyyən olaraq qalması, onun hüquqi meyarlarının müəyyən edilməməsi, problemlə bağlı Avropa Şurasında üzv dövlətlərin bərabər hüquqlara malik olması prinsipinin pozulması durur.
AŞPA-da siyasi məhbuslar məsələsinə dair qərar qəbul edildi
21 may 2012-ci il
Mayın 21-də Parisdə AŞPA Hüquq məsələləri və İnsan hüquqları Komitəsinin iclası keçirilib. İclasda Komitənin 28 üzvünün “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsinə dair müraciətləri müzakirə edilib. Bu barədə AŞPA-nın qeyd edilən Komitəsinin üzvü, Şamaxının Millət vəkili Elxan Süleymanov məlumat verib. Millət vəkili bildirib ki, hazırki müzakirələr bütövlükdə Avropa Şurası üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, siyasi məhbus məsələsi 10 ildən artıq müddət ərzində Avropa Şurasında ciddi müzakirə və mübahisələr obyekti olub. Bu mübahisələrin kökündə isə “siyasi məhbus” anlayışının beynəlxalq-hüquqi təbiətinin qeyri müəyyən olaraq qalması, onun hüquqi meyarlarının müəyyən edilməməsi, problemlə bağlı Avropa Şurasında üzv dövlətlərin bərabər hüquqlara malik olması prinsipinin pozulması durur.