“Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabı təqdim edilib
14 iyun 2012-ci il tarixdə “Hilton” otelinin “Firuzə” zalında Elxan Süleymanovun elmi məsləhətçisi olduğu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr olunan – “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabının çapdan çıxmasına həsr olunmuş təqdimat mərasimi oldu.
Mətbuat konfransını giriş sözü ilə Mərkəzin baş direktoru Fuad Babayev açdı. Kitab haqqında jurnalistlərə qısa məlumat verən Fuad Babayev, daha sonra sözü Şamaxının millət vəkili, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, kitabın elmi məsləhətçisi Elxan Süleymanova verdi. Millət vəkili Azərbaycan-Belçika münasibətlərinin tarixi və mövcud vəziyyəti barədə ətraflı danışdı.
Belçikalı diplomat: “Cənubi Qafqazda yalnız Azərbaycanda səfirliyimiz var“
14 iyun 2012-ci il
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabı işıq üzü görüb.
Publika.Az-ın məlumatına görə, bu gün kitabın təqdimatı və Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
QHT “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabını təqdim etdi
14iyun 2012-ci il
Bakıda Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri olan “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabının təqdimatı və Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov qeyd edib ki, Belçika ilə əlaqələr Azərbaycan üçün önəmlidir: “20-ci əsrin əvvəllərində Bakıda Belçika səfirliyi açılsa da, Azərbaycan müstəqilliyini itirdikdən sonra bu səfirlik də fəaliyyətini dayandırıb. Belçika 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.
Belçikada Sabirin heykəlinin qoyulması gələn ilə qalıb
14 iyun 2012-ci il
Sentyabrda isə Belçika teatrlarının birində Axundovun məşhur komediyası fransız dilində oynanılacaq
Bu ilin sonu, gələn ilin əvvəlində Belçikada Mirzə Ələkbər Sabirin heykəlinin qoyulması planlaşdırılıb. Heykəlin şairin anadan olmasının 150 illiyi ərəfəsində ucaldılması planlaşdırılsa da, bu, texniki səbəblərdən mümkün olmayıb.
“Azərbaycan Respublikası- Belçika Krallığı” adlı kitab təqdim edildi
14 iyun 2012-ci il
Bu gün Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin nəşr etdiyi “Azərbaycan Respublikası- Belçika Krallığı” adlı kitabın təqdimatı keçirilib. SİA-nın məlumatına görə, kitabla bağlı məlumat verən mərkəzin rəhbəri Fuad Babayev bildirib ki, yeni nəşrdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında diplomatik münasibətlərindən danışılıb. Bundan başqa kitaba ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Belçikanın dövlət və hökumət nümayəndələri ilə görüşləri daxil edilib. Daha sonra Belçikanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Peter Booms çıxış edib.
Belçika parlamenti Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsini müzakirə etmək niyyətindədir
14 iyun 2012-ci il
Belçika parlamenti ilin sonunadək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinini müzakirəyə çıxarmaq niyyətindədir.
SalamNews-un xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Elxan Süleymanov “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabının təqdimetmə mərasimində məlumat verib.
“Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabı işıq üzü görmüşdür
14 iyun 2012-ci il
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – Azərbaycan ilə Belçika arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabı işıq üzü görmüşdür.
AzərTAc xəbər verir ki, iyunun 14-də bu əlamətdar hadisə ilə bağlı mətbuat konfransı keçirilmişdir. Tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, Belçika Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşları, xarici qonaqlar iştirak edirlər.
Belçika parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyə bilər
14 iyun 2012-ci il
Bu gün Bakıda Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri olan “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabının təqdimatı və Azərbaycan-Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan-Belçika parlamentlərarası əlaqələri üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov qeyd edib ki, Belçika ilə əlaqələr Azərbaycan üçün önəmlidir.
20-ci əsrin əvvəllərində Bakıda Belçika səfirliyi açılsa da, Azərbaycan müstəqilliyini itirəndən sonra bu səfirlik də fəaliyyətini dayandırdı. Belçika 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.
“Münasibətlər ötən 20 il ərzində əməkdaşlıq və qarşılıqlı hömət ruhunda davam etdirilir”, – deyən Süleymanov ötən dövrlərdə Azərbaycan rəsmilərinin Belçikaya çoxsaylı səfərlər etdiyini vurğulayıb.
“Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabının təqdimatı keçirilib
14 iyun 2012-ci il
Bakıda Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri olan “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabının təqdimatı və Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov qeyd edib ki, Belçika ilə əlaqələr Azərbaycan üçün önəmlidir: “20-ci əsrin əvvəllərində Bakıda Belçika səfirliyi açılsa da, Azərbaycan müstəqilliyini itirdikdən sonra bu səfirlik də fəaliyyətini dayandırıb. Belçika 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.
Daha bir Avropa ölkəsi Qarabağla bağlı qətnamə qəbul edəcək
14 iyun 2012-ci il
Yaxın vaxtlarda daha bir Avropa ölkəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul ediləcək.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.
Qətnamənin müəlliflərindən birinin özü olduğunu deyən E. Süleymanov ermənilərin prosesə müdaxilə edə biləcəyini əsas göstərərək həmin dövlətin adını açıqlamayıb. E. Süleymanov hazırda şəxsən özünün rəhbərliyi altında ümumilikdə 5 ölkənin parlamentində müvafiq qətnamələrin qəbulu istiqamətində işlər aparıldığını bildirib: «Bu dövlətlərdən üçündə sənədlərin qəbulu bu ilin sonuna kimi reallaşacaq, iki dövlətdə isə sənədlərin gələn ilin əvvəlində qəbul olunacaq gözlənilir”.
E. Süleymanov deyib ki, bəzi nüfuzlu avropalı parlamentarilər onunla söhbətdə Dağlıq Qarabağ münaqişəsi barədə məlumatsız olduqlarını vurğulayıblar.