“Tarixin yaddaşı: Şamaxı” filminin təqdimatı olub
Bakı, 31 iyul, SalamNews, Ş.Nəzərli. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə ərsəyə gəlmiş “Tarixin yaddaşı: Şamaxı” filmi təqdim edilib.
Şamaxının 17 kəndinə içməli su xətti çəkiləcək
Yaxın 6 ay ərzində Şamaxının 17 kəndinə içməli su xətti çəkiləcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisinin Şamaxıdan seçilən deputatı Elxan Süleymanov bildirib. Onun sözlərinə görə, su xətləri rayonun Adnalı, Bağırlı, Çarhan, I Çaylı, Göylər, Şəhriyar, Həmyəli, Kələxana, Mərzəndiyə, Meysəri, Muğanlı, Nüydi, Qaravəlli, Qızmeydan, Quşçu, Saqiyan, Çıraqlı kəndlərini əhatə edəcək.
Şamaxının Meysəri kəndində yeni içməli su xətti istifadəyə verilib
Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Şamaxı rayonunun Meysəri kəndinə çəkilən içməli su xətti istifadəyə verilib. Bu barədə APA-ya E. Süleymanovun ofisindən məlumat verilib.
Açılış mərasimində E.Süleymanov ilə yanaşı, Milli Məclisin üzvlərindən Qüdrət Həsənquliyev, Fazil Mustafa və rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, bundan əvvəl Şamaxı rayonunun Adnalı və Çarhan kəndlərinə, eləcə də Şəhriyar qəsəbəsinə su xətləri çəkilib. Rayonun ümumilikdə 17 kəndinə su xəttinin çəkilməsi üzərində işlər gedir. Meysəri kəndinə 3 kilometrlik məsafədən su xətti çəkilib və burada bulaq kompleksi inşa edilib. Bulaq kompleksinə Azərbaycanın görkəmli şairi M.Ə.Sabirin anadan olmasının 150 illiyi münasibəti ilə “Sabir bulağı” adı verilib
Şamaxıda dördüncü Sabir bulağı açılıb
Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə rayonun Meysəri kəndinə çəkilən içməli su xəttinin açılış mərasimi baş tutub.
SalamNews-un məlumatına görə, bir müddət bundan əvvəl rayonun Adnalı və Çarhan kəndlərinə, eləcə də Şəhriyar qəsəbəsinə su xətləri çəkilib. Rayonun 17 kəndinə su xətti çəkilməsini seçicilərinə vəd etmiş Elxan Süleymanov artıq dördüncü kəndin su təchizatı məsələsini həll edib.
Layihə çərçivəsində 3 kilometrlik məsafədən kəndə su xətti çəkilib və burada bulaq kompleksi inşa edilib. Bulaq kompleksinə Azərbaycanın görkəmli şairi M. Ə. Sabirin anadan olmasının 150 illiyi münasibəti ilə “Sabir bulağı” adı verilib.
Avropa Parlamentində Azərbaycanla Dostluq Qrupu yaradılması barədə bəyanat yayımlanıb
16 iyul 2012
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərliyi ilə millət vəkilləri Asim Mollazadə, Qənirə Paşayeva, Azay Quliyev, Fazil Mustafa, Qüdrət Həsənquliyev və Fuad Muradovdan ibarət nümayəndə heyəti 18-20 iyun 2012-ci il tarixlərində Brüsseldə səfərdə olmuşdular. Hər iki tərəf üçün qarşılıqlı fayda kəsb edən bu səfərin nəticəsi olaraq iyulun əvvəllərində Avropa Parlamentinin bir qrup üzvü bəyanatla çıxış etmiş və həmin bəyanatın mətnini AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinə göndərmişdi. Bu barədə AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.
Şamaxıda üçüncü Sabir bulağı açıldı
11 iyul 2012-ci il
Dünən Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə Şamaxının Çarhan kəndində növbəti bulağın açılışı oldu.
Oxucu.info xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Qasım Qasımov millət vəkili Elxan Süleymanovun Şamaxı seçicilərinin problemlərinə qayğı ilə yanaşdığını xüsusilə qeyd etdi: “Çarhan artıq üçüncü kənddir ki, Elxan müəllim buraya öz vəsaiti ilə su çəkdirib, bulaq tikdirib. Bunun üçün də Şamaxı camaatı onun bu nəcib əməllərini heç vaxt unutmayacaq” – deyərək, sözü millət vəkili Elxan Süleymanova verdi.
Şamaxıda üçüncü “Sabir bulağı” açılmışdır
11 iyul 2012-ci il
Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxının Çarhan kəndində növbəti bulaq istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Qasım Qasımov Milli Məclisin deputatı Elxan Süleymanovun şamaxılı seçicilərinin problemlərinə daim qayğı ilə yanaşdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Çarhan artıq Milli Məclisin deputatının təşəbbüsü ilə su xətti çəkilən, bulaq tikdirilən üçüncü kənddir.
Şamaxıda üçüncü Sabir bulağı açılıb
11 iyul 2012-ci il
Şamaxıdan seçilən deputat Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə Şamaxının Çarhan kəndində üçüncü Sabir bulağının açılışı olub.
SalamNews-un məlumatına görə, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Qasım Qasımov deputat E.Süleymanovun seçicilərin problemlərinə qayğı ilə yanaşdığını deyib.
Milli Məclisin üzvü seçicilərini salamladıqdan sonra 3 kənddə reallaşan işlərin davamlı xarakter alacağını bildirib.
Deputat Elxan Süleymanov: “Mən söz vermişəm ki…”
11 iyul 2012-ci il
Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə Şamaxının Çarhan kəndində növbəti bulağın açılışı olub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Qasım Qasımov millət vəkili Elxan Süleymanovun Şamaxı seçicilərinin problemlərinə qayğı ilə yanaşdığını qeyd edib: “Çarhan artıq üçüncü kənddir ki, Elxan müəllim buraya öz vəsaiti ilə su çəkdirib, bulaq tikdirib. Bunun üçün də Şamaxı camaatı onun bu nəcib əməllərini heç vaxt unutmayacaq” – deyə o, bildirib.
“Ştrasserin “siyasi məhbus” anlayışı ilə bağlı meyarları dəqiq deyil”
4 iyul 2012-ci il
Elxan Süleymanov: “Deputatların əksəriyyəti Ştrasserin meyarlarla bağlı məruzəsinin bugünkü reallığa cavab verməyən gülünc sənəd olduğunu vurğuladı”
Avropa Şurası Parlament Assambleyası (AŞPA) məcburi şəkildə boynumuza qoymaq istəyir ki, bizdə siyasi məhbus var. Hansı ki, hələ konkret olaraq siyasi məhbus kimlərə deyilir, o bilinmir. Heç bir beynəlxalq konvensiyada “siyasi məhbus” anlayışının kriteriyaları göstərilmir. AŞPA özü də bu kriteriyaları müəyyənləşdirməyib.