Avropa Parlamentinin Liberallar Qrupu Ramil Səfərovla bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib
Sentyabrın 13-də Avropa Parlamentinin (AP) plenar sessiyasında Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə müzakirəyə çıxarılacaq.
Sessiya ərəfəsində AP Liberallar Qrupunun daxili iclası keçirilib.
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, sentyabrın 11-də keçirilən iclasda AP-nin rumıniyalı deputatı Norika Nikolay Liberallar qrupunun Ramil Səfərovun işi ilə bağlı olan Qətnamə layihəsini imzalamamasını təklif edib. Təklif qəbul edilib və Liberallar Qrupu Azərbaycan zabiti ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib.
Avropa Parlamentinin Liberallar Qrupu Ramil Səfərov ilə bağlı qətnaməni müdafiə etməmək haqda qərar qəbul edib
Sentyabrın 13-də Avropa Parlamentinin (AP) plenar sessiyasında azərbaycanlı zabit Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə müzakirəyə çıxarılacaqdır.
Gün.Az xəbər verir ki, sessiya ərəfəsində Avropa Parlamentinin liberallar qrupunun daxili iclası keçirilmişdir.
Milli Məclisin deputatı, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirmişdir ki, sentyabrın 11-də keçirilmiş iclasda Avropa Parlamentinin rumıniyalı deputatı Norika Nikolay Liberallar Qrupunun Ramil Səfərovun işi ilə bağlı qətnamə layihəsini imzalamamağı təklif etmişdir. Təklif qəbul olunmuşdur. Liberallar Qrupu Azərbaycan zabiti ilə bağlı qətnamənin müdafiə olunmaması haqqında qərar qəbul etmişdir.
Avropanın Azadlıq və Demokratiya Partiyası da Ramil Səfərovun işi ilə bağlı təcili qətnaməyə səs verməkdən imtina etdi
Bu gün Avropa Parlamentinin (AP) plenar sessiyasında Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir.
“Azadinform” xəbər verir ki, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun verdiyi məlumata əsasən, iclas ərəfəsində müzakirəyə çıxarılacaq məsələ ilə bağlı siyasi qrup və partiyalar arasında ciddi fikir ayrılıqları baş verib. Belə ki, Liberallar qrupunun ardınca dünən, daha bir fraksiya – Avropanın Azadlıq və Demokratiya Partiyası da Azərbaycan zabiti ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib.
Avropanın Azadlıq və Demokratiya Partiyası da Ramil Səfərovla bağlı qətnaməyə səs verməkdən imtina etdi
Xəbər verdiyimiz kimi bu gün Avropa Parlamentinin (AP) plenar sessiyasında Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir.
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovdan aldığımız məlumata əsasən, iclas ərəfəsində müzakirəyə çıxarılacaq məsələ ilə bağlı siyasi qrup və partiyalar arasında ciddi fikir ayrılıqları baş verib. Belə ki, Liberallar qrupunun ardınca dünən, sentyabrın 12-də daha bir fraksiya – Avropanın Azadlıq və Demokratiya Partiyası da Azərbaycan zabiti ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib.
Avropa Parlamentindən ermənilərə daha bir zərbə
Avropanın Azadlıq və Demokratiya Partiyası da təcili qətnaməyə səs verməkdən imtina etdi. Bu barədə Publika.Az-a AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib.
İclas ərəfəsində müzakirəyə çıxarılacaq məsələ ilə bağlı siyasi qrup və partiyalar arasında ciddi fikir ayrılıqları baş verib. Liberallar qrupunun ardınca dünən, sentyabrın 12-də daha bir fraksiya – Avropanın Azadlıq və Demokratiya Partiyası da Azərbaycan zabiti ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib.
Avropa Parlamentində fikir ayrılığı
Avropanın Azadlıq və Demokratiya Partiyası da Ramil Səfərovla bağlı qətnaməyə səs verməkdən imtina edib
Avropa Parlamentinin Liberallar Qrupu Ramil Səfərov ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul etmişdir
Sentyabrın 13-də Avropa Parlamentinin (AP) plenar sessiyasında azərbaycanlı zabit Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə müzakirəyə çıxarılacaqdır.
AzərTAc xəbər verir ki, sessiya ərəfəsində Avropa Parlamentinin liberallar qrupunun daxili iclası keçirilmişdir.
Milli Məclisin deputatı, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirmişdir ki, sentyabrın 11-də keçirilmiş iclasda Avropa Parlamentinin rumıniyalı deputatı Norika Nikolay Liberallar Qrupunun Ramil Səfərovun işi ilə bağlı qətnamə layihəsini imzalamamağı təklif etmişdir. Təklif qəbul olunmuşdur. Liberallar Qrupu Azərbaycan zabiti ilə bağlı qətnamənin müdafiə olunmaması haqqında qərar qəbul etmişdir.
Şamaxının millət vəkili Elxan Süleymanovun AŞPA-nın Hüquq məsələləri komitəsinin Parisdə keçirilən iclasında Ramil Səfərovun əfv olunması ilə bağlı çıxışı – 06.09.2012
Hörmətli Həmkarlar,
Ramil Səfərov işinin emosional aspektlərini bir kənara qoyaraq, mən yalnız faktların üzərində dayanacağam.
Birincisi, Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması, tamamilə “Məhkum Olunmuş Şəxslərin Ekstradisiyası üzrə Avropa Konvensiyası”na əsasən həyata keçirilib.
İkincisi, o, yuxarıda qeyd olunan konvensiyanın 12-ci maddəsinə tamamilə uyğun olaraq əfv edilib, hansı ki, bu maddə belə bir iş üzrə üzv ölkənin cəzanı əfv etməsinə açıqca icazə verir.
Üçüncüsü aydındır ki, Ermənistanın, Ramil Səfərovla bağlı beynəlxalq aləmdə qaldırdığı bu müzakirə, onların işğal etdikləri ərazilərdə qanunsuz möhkəmlənməsi və beynəlxalq təşkilatların, (BMT, AŞPA, AP, ATƏT və s.) qeydsiz şərtsiz zəbt olunmuş torpaqları işğaldan azad etməsi tələblərindən imtina etməsi məqsədi güdür.
Elxan Süleymanov: AŞPA Monitorinq Komitəsinin məruzəsini bütövlükdə konstruktiv hesab etmək olar
AŞPA Monitorinq Komitəsinin sentyabr ayının 4-də Parisdə keçirilən iclasında həmməruzəçilər Azərbaycanla bağlı hazırladıqları məruzənin ilkin variantını təqdim etdilər və məruzə ilə bağlı müzakirələr aparıldı. Bu barədə Monitorinq Komitəsinin üzvü, Şamaxının Millət vəkili Elxan Süleymanov məlumat verdi.
Millət vəkili bildirdi ki, Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin hazırladıqları məruzə son 4 il ərzində ölkədə baş verən dəyişiklikləri özündə əks etdirir. Məruzədə insan hüquqları və əsas azadlıqlar, demokratik institutlar, siyasi və iqtisadi islahatlarla bərabər, region ətrafında mövcud geosiyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölmələr öz əksini tapıb. Bu baxımdan məruzənin ölkədə baş verən prosesləri bütövlükdə əhatə ediyi qənaətinə gəlmək olar.