Millət vəkilinin kitabı ABŞ-da çap olundu

Müəlliflər işğal nəticəsində Azərbaycana 431 milyard dollar dəyərində ziyanın dəydiyi qənaətindədirlər 

Amerikada millət vəkili Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı nəşr edilib.

AzNews.az-ın məlumatına görə, kitaba ön sözü ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, eks-konqresmen Solomon Ortiz yazıb. Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi əsasları araşdırılır, beynəlxalq təşkilatlar (BMT, Avropa Parlamenti, AŞPA, ATƏT, NATO, İƏT) tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması, Azərbaycanın tarixi və mədəniyyət abidələrinə, nəhayət sosial-iqtisadi durumuna dəymiş zərər təhlil edilir. Həmçinin, işğal nəticəsində Azərbaycana vurulmuş iqtisadi zərərin ilkin miqdarı indiki bazar qiymətləri ilə hesablanıb. 

(more…)

ABŞ-da Azərbaycan millət vəkilinin kitabı nəşr edilib

ABŞ-da Azərbaycan Milli Məclisinin üzvü Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı nəşr edilib.

APA-nın xəbərinə görə, kitaba ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, sabiq konqresmen Solomon Ortiz ön söz yazıb.

Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi əsasları araşdırılır, beynəlxalq təşkilatlar (BMT, Avropa Parlamenti, AŞPA, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı) tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması, işğal nəticəsində ölkədə fövqəladə humanitar vəziyyətin yaranması, Azərbaycanın tarixi və mədəniyyət abidələrinə, ətraf mühitinə və təbii sərvətlərinə, sosial-iqtisadi durumuna dəymiş zərər təhlil edilir, Azərbaycana vurulmuş iqtisadi zərərin ilkin miqdarı indiki bazar qiymətləri ilə hesablanır, işğala görə Ermənistanın beynəlxalq-hüquqi məsuliyyəti və Azərbaycanın bu dövlətdən təzminat almaq hüququ araşdırılır.

(more…)

Elxan Süleymanov 6 dildə yeni kitab çap etdirdi

Şamaxının millət vəkili Elxan Süleymanovun fərdi saytının (www.elkhan-suleymanov.az) yeni nəşri – “Avronest Parlament Assambleyasının İkinci Növbəti Sessiyası (2-4 aprel 2012 Bakı, Azərbaycan)” adlı foto-albom çapdan çıxıb.
Təqribən 200 şəklin yer aldığı foto-albomda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun, Genişləndirmə və Avropa Qonşuluğu üzrə Avropa Komissarı Ştefan Fülenin, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun Avronest PA-nın sessiyalarındakı çıxışlarının mətni da yerləşdirilib.

(more…)

Milli Məclisin deputatının fərdi saytı tərəfindən hazırlanmış yeni fotoalbom nəşri altı dildə çapdan çıxmışdır

Milli Məclisin deputatı Elxan Süleymanovun fərdi saytı (www.elkhan-suleymanov.az)tərəfindən hazırlanmış yeni nəşr – “Avronest Parlament Assambleyasının ikinci növbəti sessiyası (2-4 aprel 2012 Bakı, Azərbaycan)” adlı fotoalbom çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, təqribən 200 şəklin yer aldığı fotoalbomda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Milli Məclisin sədri Oqtay Əsədovun, Genişləndirmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa  komissarı Ştefan Fülenin, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun Avronest PA-nın sessiyalarındakı çıxışlarının mətni də yerləşdirilmişdir.

(more…)

AŞPA monitorinq komitəsinin növbəti yığıncağı keçirilib

 

Avropa Şurasının (AŞ) Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin növbəti yığıncağı keçirilib.

SalamNews-un məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanov yığıncaq ilə bağlı deyib ki, komitə cari ilin sentyabr ayının 4-də Nazirlər Komitəsinin (NK) demokratiya üzrə Məruzəçilər Qrupu ilə fikir mübadiləsi aparıb. Bu fikir mübadiləsindən sonra komitə üzvləri arasında keçirilən müzakirələr zamanı Monitorinq Qrupunun işinin ardıcıllığını təkmilləşdirməyə və strategiyaları uyğunlaşdırma vasitələrini müəyyənləşdirilməyin zəruriyyətinə dair ümumi razılıq əldə edilib. Komitə üzvlərinin fikrincə, NK və Məruzəçilər Qrupu AŞPA-nın monitorinqinə dair qətnamələrində qeyd olunan nöqsanlara ciddi diqqət yetirməlidirlər.

 

(more…)

AŞ-nin Monitorinq Komitəsində böyük əksəriyyət Nazirlər Komitəsi ilə qeyri-rəsmi əməkdaşlığın tərəfdarıdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Parisdə “Nazirlər Komitəsi ilə mütərəqqi əməkdaşlıq üçün mümkün vasitələr”ə dair Memorandumu müzakirə edib.

Müzakirələrdə millət vəkili, AŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov iştirak edib. “Azadinform” xəbər verir ki, E.Süleymanov bildirib ki, Monitorinq Komitəsinin sədri, Estoniyadan olan cənab Andres Herkelin (EPP) rəhbərliyi ilə Katiblik tərəfindən hazırlanmış bu memorandum gələcəkdə hər dəfə Assambleyada monitorinq məruzələri müzakirə olunarkən qətnamə layihəsi ilə birgə sistemli tövsiyə layihəsinin təqdim edilməsini, beləliklə, məruzəni hazırda olduğundan daha ciddi və rəsmi etməyi təklif edib.

(more…)

AŞPA monitorinq komitəsinin növbəti yığıncağı keçirilmişdir

Noyabrın 13-də Avropa Şurasının (AŞ) Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin növbəti yığıncağı keçirilmişdir. 
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanov yığıncaq ilə bağlı AzərTAc-a verdiyi müsahibəsində demişdir: “Komitə cari ilin sentyabr ayının 4-də Nazirlər Komitəsinin (NK) demokratiya üzrə Məruzəçilər Qrupu ilə fikir mübadiləsi aparmışdır. Bu fikir mübadiləsindən sonra komitə üzvləri arasında keçirilən müzakirələr zamanı Monitorinq Qrupunun işinin ardıcıllığını təkmilləşdirməyə və strategiyaları uyğunlaşdırma vasitələrini müəyyənləşdirilməyin zəruriyyətinə dair ümumi razılıq əldə edilmişdir. Komitə üzvlərinin fikrincə NK və Məruzəçilər Qrupu AŞPA-nın monitorinqinə dair qətnamələrində qeyd olunan nöqsanlara ciddi diqqət yetirməlidirlər. 

(more…)

Elxan Süleymanov: “Avropa Şurasının Monitorinq Komitəsində böyük əksəriyyət Nazirlər Komitəsi ilə qeyri-rəsmi əməkdaşlığın tərəfdarıdır”

Bakı-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Parisdə keçirilən toplantısında “Nazirlər Komitəsi ilə mütərəqqi əməkdaşlıq üçün mümkün vasitələr”ə dair Memorandum müzakirə olunub.

APA-nın məlumatına görə, müzakirələrdə iştirak etmiş AŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov qeyd edib ki, Monitorinq Komitəsinin sədri Andres Herkelin (EPP) rəhbərliyi ilə Katiblik tərəfindən hazırlanmış bu memorandum gələcəkdə hər dəfə Assambleyada monitorinq məruzələri müzakirə olunarkən qətnamə layihəsi ilə birgə sistemli tövsiyə layihəsinin təqdim edilməsini, beləliklə, məruzəni hazırda olduğundan daha ciddi və rəsmi etməyi təklif edib: “Assambleyanın tövsiyəsi Nazirlər Komitəsinin cavabını tələb edən qanuni vasitədir və bu gün monitorinq prosesindəki əksər ölkələr tərəfindən mübahisələr və rəsmi inamsızlıq yaradan icrası məcburi sənəd kimi mənfi qəbul edilir.

(more…)

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda dinləmələr keçirildi

7 noyabr 2012-ci il tarixdə Finlandiya Parlamentində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda dinləmələr keçirildi.
Publika.Az-ın məlumatına görə, dinləmələr AVRONEST PA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

(more…)

Finlandiya parlamentində Dağlıq Qarabağ münaqişəsi mövzusunda dinləmələr keçirilib

Bu gün Finlandiya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda dinləmələr keçirilib. Dinləmələr AVRONEST PA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

 

“Azadinform”un məlumatına görə, dinləmələrdə Azərbaycan baş nazirinin müavini, Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Azərbaycan-Finlandiya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun üzvləri Elxan Süleymanov və Ayaz Orucov, millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, Ceyhun Osmanlı iştirak ediblər. Ə.Həsənov geniş məruzə ilə çıxış edib.

(more…)