“Beş polyak memarın on beş Bakı binası” kitab-albomu çap olundu
Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinin yanvarın 30-dan fevralın 3-dək gerçəkləşəcək Polşa səfəri ərəfəsində yeni kitab-albom işıq üzü görüb. Elxan Süleymanovun fərdi saytı tərəfindən hazrılanmış nəfis tərtibatlı “5 polyak memarın 15 Bakı binası”kitab-albomu Azərbaycan, polyak və ingilis dillərindədir.
“5 POLYAK MEMARIN 15 BAKI BİNASI” KİTAB-ALBOMU ÇIXDI
Vətəninfo.az xəbər verir ki, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinin yanvarın 30-dan fevralın 3-dək gerçəkləşəcək Polşa səfəri ərəfəsində yeni kitab-albom işıq üzü görüb. Elxan Süleymanovun fərdi saytı tərəfindən hazrılanmış nəfis tərtibatlı “5 polyak memarın 15 Bakı binası” kitab-albomu Azərbaycan, polyak və ingilis dillərindədir.
“5 polyak memarın 15 Bakı binası” kitab-albomu çıxdı
Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinin yanvarın 30-dan fevralın 3-dək gerçəkləşəcək Polşa səfəri ərəfəsində yeni kitab-albom işıq üzü görüb. “Azadinform” xəbər verir ki, Elxan Süleymanovun fərdi saytı tərəfindən hazırlanmış nəfis tərtibatlı “5 polyak memarın 15 Bakı binası” kitab-albomu Azərbaycan, polyak və ingilis dillərindədir.
“5 polyak memarın 15 Bakı binası” kitab-albomu çıxdı
“5 POLYAK MEMARIN 15 BAKI BİNASI” KİTAB-ALBOMU ÇIXDI
Azərbaycan nümayəndə heyəti Polşaya gedəcək
Yanvarın 30-dan fevralın 3-dək geniş tərkibli Azərbaycan nümayəndə heyəti Polşaya səfər edəcək. Səfər Polşa tərəfdən AvroNest PA-nın vitse-prezidenti, Avropa Parlamentinin deputatı Jaçek Sayruş-Volski və Azərbaycan tərəfdən AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov arasında əldə edilmiş razılıq əsasında baş tutacaq. Elxan Süleymanov suallarımızı cavablandıraraq bildirdi ki, səfərdə əsas məqsəd Polşa və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün həlli vacib məsələləri müzakirə etməkdir. Millət vəkili Azərbaycan və Polşa münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsaslarla inkişaf edərək müxtəlif sferaları əhatə etdiyini qeyd etməklə yanaşı, bu münasibətlərin xüsusilə siyasi, humanitar, iqtisadi, o cümlədən, enerji təhlükəsizliyi sahələrində daha əhatəli olduğunu vurğuladı.
Elxan Süleymanov: “Ştrasserin məruzəsi qəbul edilmədi”
“Bu gün AŞPA-nın qış sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı 4 illik hesabat məruzəsi qəbul edildi. Bu məruzə 12 dekabrda Monitorinq Komitəsinin iclasında müsbət bir məruzə kimi qəbul edilmişdi”.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.
Onun sözlərinə görə, Monitorinq Komitəsinin sessiyaya tövsiyə etdiyi məruzə demək olar ki, heç bir əlavə və dəyişikliklər olmadan bütövlüklə qəbul edilib: “Monitorinq Komitəsinin iclasında mənim verdiyim hər iki təklif: Ermənistanın Azərbaycan torpaqlarını hərbi yolla işğal etməsi və etiraz aksiyaları ilə bağlı hakimiyyətlə aksiya təşkilatçıları arasında kompromis tapılması ilə bağlı təkliflər Assambleya tərəfindən də qəbul edildi. Qəbul edilmiş bu hesabat göstərir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Bəzi çatışmazlıqlar qeyd olunsa da, həmməruzəçilərin də dediyi kimi son illərdə Azərbaycanda siyasi irəliləyişlər nəzərəçarpan dərəcədədir”.
Ştrasserin məruzəsi niyə qəbul edilmədi?
Elxan Süleymanov: “Ştrasserin məruzəsi heç bir hüquqa
əsaslanmırdı, ədalətsiz və qərəzli idi”
Dünən millət vəkili, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Monitor Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov brifinq keçirdi.
E.Sülyemanov bildirdi ki, AŞ PA-nın son qış sessiyasında Azərbaycanla bağlı müzakirə olunan məsələlər bütün sessiyanın zirvəsi idi: “Azərbaycanla bağlı olan müzakirələrdə 222 nəfər deputat iştirak edirdi. 60 nəfər bir mövzu ilə bağlı çıxışa yazılmışdı. AŞ PA rəhbərliyinin dediyinə görə, təşkilatın sessiyasında hələ heç bir zaman 60 nəfər bir mövzu ilə bağlı çıxışçı olmamışdı. Maraqlıdır ki, 60 nəfərin demək olar ki, hamısına söz verildi”. Onun sözlərinə görə, Azərbaycanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı 4 illik hesabat məruzəsinin qəbul edilməsi ölkəmiz üçün çox müsbət bir haldır: “Həmməruzəçilər son illər Azərbaycanda siyasi irəliləyişlərin nəzərəçarpan dərəcədə olduğunu bildirdilər. Qeyd etdilər ki, Azərbaycan Avropaya vacib ölkədir”.
AŞPA-da Azərbaycanda “siyasi məhbus” məsələsi ilə bağlı qətnamə …
Avropa Şurası Parlament Assambleyasında almaniyalı deputat Kristof Ştrasserin Azərbaycanda “siyasi məhbus” məsələsi ilə bağlı hazırladığı qətnamə layihəsinin əleyhinə səs verənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirdilər.
AzərTAc xəbər verir ki, bu sözləri AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü, Milli Məclisin deputatı Elxan Süleymanov yanvarın 25-də keçirdiyi mətbuat konfransında söyləmişdir.