Deputatlar və nazirlər Polşa səfərindən danışdılar
Azərbaycanla Polşa arasında təhsil sahəsində əməkdaşlıq müqaviləsi imzalanacaq
Yaxın zamanlarda Azərbaycanla Polşanın təhsil nazirləri arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq barədə müqavilə imzalanacaq.
Gün.Az xəbər verir ki, bunu “Avronest” Parlament Asssambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Polşaya səfərinin yekunlara həsr olunmuş mətbuat konfransında Azərbaycan təhsil naziri Misir Mərdanov deyib.
Azərbaycan nümayəndə heyətinin Polşaya səfərinin yekunlarıyla bağlı mətbuat konfransı keçirilib
Bu il yanvarın 30-dan fevralın 3-dək Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə heyət üzvlərinin Polşaya səfərinin yekunlarıyla bağlı mətbuat konfransı keçirilib.
Şamaxının millət vəkili Elxan Süleymanov bildirib ki, ümumilikdə Polşaya rəsmi səfər çərçivəsində 9 görüş keçirilib. Nümayəndə heyətinin üzvləri həmçinin Polşanın 8 universitetində görüşlərdə iştirak ediblər. Görüşün məntiqi yekunu olaraq, Azərbaycan tərəfi ilə Polşa ali məktəbləri arasında əməkdaşlıq sazişi imzalanıb.
Azərbaycan nümayəndə heyətinin Polşaya səfəri çərçivəsində doqquz rəsmi görüş keçirilmiş, 10 sənəd imzalanmışdır
Azərbaycan nümayəndə heyətinin Polşaya səfəri çərçivəsində doqquz rəsmi görüş keçirilmiş, 10 sənəd imzalanmışdır.
AzərTAc xəbər verir ki, bu sözləri fevralın 6-da Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov rəhbərlik etdiyi nümayəndə heyətinin Polşaya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında demişdir.
Avronest Parlamet Assambleyasının üzvləri Polşa səfərindən danışdılar
Avronest Parlamet Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Polşada səfərdə olub. Səfərdən qayıdan nümayəndə heyəti bu gün mətbuat konfransı keçirib.
Modern.az-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Avronest Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvləri Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Gülçöhrə Məmmədova, Abel Məhərrəmov, Səməd Seyidov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı, hüquq elmləri üzrə fəlsəfə doktoru Fuad Hüseynov, Təhsil Nazirliyinin nümayəndəsi Azad Axundov daxildir. Azərbaycan nümayəndə heyəti ilə Polşa Respublikasının baş nazirinin müavini və iqtisadiyyat naziri, dövlət xəzinədarlıq və maliyyə naziri, təhsil və elm naziri, xarici işlər nazirinin müavini və bütövlükdə 9 nəfərlik nümayəndə heyəti görüşlər keçirilib.
Azərbaycan-Polşa münasibətlərinin inkişafına təkan verən 10 rəsmi sənəd imzalanıb
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyəti bu gün səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
SalamNews xəbər verir ki, deputat E.Süleymanov bu il yanvarın 30-dan fevralın 3-dək davam edən səfər zamanı Polşada 9 rəsmi görüşün baş tutduğunu deyib. O bildirib ki, bu ölkənin 8 universitetində görüşlər keçirilib. Görüşün məntiqi yekunu olaraq Azərbaycan tərəfi ilə Polşa ali məktəbləri arasında 10 əməkdaşlıq sazişi imzalanıb. Ümumiyyətlə, dosluq və qarşılıqlı anlaşma şəraitində keçən və Azərbaycan-Polşa münasibətlərinin inkişafına təkan verən bu səfər zamanı 10 rəsmi sənəd imzalanıb
Polşada səfərdə olmuş nümayəndə heyətinin üzvləri mətbuat konfransı keçiriblər
Yanvar ayının 30-dan fevralın 2-dək Polşada səfərdə olmuş nümayəndə heyətinin üzvləri mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, səfər barədə məlumat verən nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov səfərin məhsuldar keçdiyini, səfər çərçivəsində 9 rəsmi görüş keçirildiyini, 10 saziş imzalandığını bildirib. Nümayəndə heyəti Polşanın bir sıra ali təhsil müəssisələrində olub: “Biz bu səfərdə 3 mühüm iş gördük. Birincisi Polşa ilə Azərbaycan arasında 540 illik əlaqələrə yeni ruh verdik. Ən başlıcası isə ölkələr arasındakı dostluq, əməkdaşlıq körpüsünü bir daha möhkəmləndirdik. Düşünürəm ki, imzaladığımız hər bir müqavilə kağız üzərində qalmayacaq, praktik olaraq həyata keçiriləcək”.
Deputatlar Lodz Texniki Universitetində görüşlər keçirib
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyəti səfərin dördüncü günü Lodz Universitetində, Lodz xüsusi iqtisadi zonasında, Lodz Avropa İnstitutunda və Lodz Texniki Universitetində maraqlı görüşlər keçirib. Lodz Universitetində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidov çıxış ediblər. Azərbaycan təhsilinin şübhə doğurmayan nailiyyətləri və gündən-günə genişlənən beynəlxalq əlaqələr barədə ətraflı məlumat verilib.
Şamaxıda polyak əsilli memar Yevgeni Skibinskinin abidəsi qoyulacaq
Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyəti Lodz voyevodalığında görüşlər keçirib. Bu barədə E.Süleymanovun ofisindən məlumat verilib.
Şamaxı ilə Konstantinuv-Lodski şəhərləri qardaşlaşdı
Millət vəkili Elxan Süleymanovun rəhbərliyi ilə Polşada Avronest Parlament Assambleyasında iştirak edən nümayəndə heyətimiz Lodz Voyevodalığında görüşlər keçirib. Konstantinuv-Lodski şəhərindəki görüşdə mer azərbaycanlı qonaqları səmimi salamlayıb. Şamaxının millət vəkili Elxan Süleymanov və Şamaxı rayon icra hakimiyyəti başçısı Asif Məmmədov da görüşdə çıxış ediblər.