Şamaxıda törədilən dəhşətli talan və vəhşiliklər…
Martın 29-da Şamaxıda “Azərbaycanlılara qarşı erməni vandalizmi: 1918 – ci il Şamaxı soyqırımı” mövzusunda elmi – praktik konfrans keçirildi. Konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının Prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyəti və AVCİYA-nın təşkilatçılığı ilə baş tutdu.
Öncə konfransda 31 mart soyqırımı və Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla anıldı. Sonra konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Şamaxı soyqırımı haqda danışdı. A.Ağayev qeyd etdi ki, 31 mart soyqırımı ermənilərin Azərbaycan xalıqına qarşı etdiyi birinci və axırıncı soyqırımı deyil: “Ermənilər müxtəlif vaxtlarda xaqlımıza qarşı qırğınlar törədiblər.
Şamaxıda iki görüş keçirildi
Şamaxının Quşçu kəndində görüş keçirilib. Görüşdə Şamaxının Millət Vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı, Söz Azadlığı Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli və b. iştirak edib. Görüşdə Şamaxının Millət Vəkilinin dəstəyi ilə nəşr olunmuş kitablardan danışılmış, yerli camaatın mövcud problemləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Elxan Süleymanov: “Andres Herkelin mənimlə bağlı verdiyi məlumat həqiqətdən uzaqdır”
AŞPA Monitorinq Komitəsinin 20 mart 2013-cü il tarixli iclasında Ermənistanda keçirilmiş president seçkilərinə dair müzakirələr zamanı baş vermiş insidentlə bağlı KİV-də məlumatlar verilmişdi. Bu məlumatlarda bildirilirdi ki, insident Azərbaycan nümayəndə heyətinin Monitorinq Komitəsindəki üzvü Elxan Süleymanovun çıxışında Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsinə etiraz etməsi zamanı baş verib. Çıxış zamanı sədr Andres Herkel onun sözünü bir neçə dəfə kəsib və azərbaycanlı deputat etiraz əlaməti olaraq iclas zalını tərk edib.
Elxan Süleymanov: “Andres Herkelin dedikləri həqiqətdən uzaqdır”
“Cənab Andres Herkelin insidentin nitqin mahiyyəti deyil, reqlamentlə bağlı olması iddiası həqiqətdən uzaqdır”. Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin, habelə Monitorinq Komitəsindəki üzvü Elxan Süleymanov deyib. E. Süleymanovun sözlərinə görə, onun nitqi Monitorinq Komitəsinin sədri A. Herkel tərəfindən birinci dəfə “Ağırlaşdırıcı məqam həm də ondan ibarətdir ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-ci ildə mülki əhaliyə qarşı soyqırımı cinayətləri törətmiş erməni silahlı birləşmələrinin komandiri Serj Sarkisyan prezident seçilib” cümləsindən sonra yarımçıq dayandırılıb: “Bu zaman Herkelə müraciət edərək bildirdim ki, Siz mənim ölkəm üzrə həmməruzəçi olmusunuz, demokratiya və insan hüquqlarının müdafiəsində Sizin də göstərdiyiniz səylər nəticəsində Azərbaycanda xeyli iş görülüb, xahiş edirəm, mənə söz azadlığımdan istifadə edərək çıxışımı davam etdirməyə imkan yaradın.
Azərbaycan millət vəkili etiraz olaraq AŞPA Monitorinq Komitəsinin iclasını tərk edib
Azərbaycan millət vəkili etiraz olaraq AŞPA Monitorinq Komitəsinin iclasını tərk edib
Bu gün Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Parisdə iclası keçirilib. Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu iclasda mübahisə baş verib. İclasda iştirak edən millət vəkili Elxan Süleymanov APA-ya bildirib ki, o, Monitorinq Komitəsində Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələri və beynəlxalq birliyin bu seçkiyə münasibəti ilə bağlı çıxış edərkən, sədr Andres Herkel ona imkan vermək istəməyib. O, buna səbəb olaraq, reqlamentin pozulmasını göstərib.
AŞPA-da QALMAQAL: Azərbaycanlı deputatı iclas zalını tərk edib
Elxan Süleymanovun çıxışı
Şamaxının millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov bu gün Monitorinq Komitəsində çıxış edib. Azərbaycan millət vəkili çıxış edərkən monitorinq komitəsinin sədri Andres Herkel onun sözünü kəsməyə cəhd edib. Səbəb kimi reqlamentin pozulması göstərilsə də, əslində iclasda iştirak edən Ermənistan deputatları və ermənipərəst mövqeyini gizlətməyən qanunvericilər Azərbaycan millət vəkilinin çıxışına mane olmağa çalışıblar.
Azərbaycanlı deputat Avnonest PA-da Ermənistandakı saxta seçkilərlə bağlı bəyanat verdi
Millət vəkili: «Beynəlxalq ictimaiyyəti Serj Sarqsyanın prezidentliyini qeyri-legitim hesab etməyə çağırırıq»
«18 fevral 2013-cü ildə Ermənistanda prezident seçkiləri keçirilib. Beynəlxalq ictimaiyyət seçkilər zamanı “dövlət administrasiyasının bitərəf olmaması, inzibati resurslardan sui-istifadəni” qeyd edib və seçicilərə təzyiq hallarından narahatlığını bildirib. Seçki günü “vəzifəli şəxsləri təmsil edən nümayəndələr tərəfindən prosesə qeyri-müvafiq müdaxilə olmasını və bəzi ciddi qanun pozuntularını” müşahidə etdiklərini vurğulayıblar». Bu fikirlərin Avronest Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Elxan Süleymanovun hafta-ichi.az-a göndərdiyi bəyanatında yer alıb. Sənəddə həmçinin «Ancaq beynəlxalq ictimaiyyətin bu ciddi qeydləri bizi narahat etmir», – deyə bildirilib: «Bizi narahat edən və dərindən təəssüfləndirən beynəlxalq ictimaiyyətin Ermənistanda keçirilmiş prezident seçkilərini demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından müsbət qiymətləndirilməsidir.