AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov beynəlxalq təşkilatlara müraciət etdi
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının Prezidenti Jan Klod Minyona, Avropa Şurasının Baş Katibi Torbyörn Yaqlanda, Avropa Şurası Parlament Assambleyasının Baş Katibi Voysix Saviçkiyə, Avropa Şurasına üzv dövlətlərin Xarici İşlər Nazirlərinə, Avropa Şurası Parlament Assambleyasının bütün üzvlərinə məktub ünvanlayıb. “Azadinform” xəbər verir ki, məktub Ermənistanda keçirilmiş prezident seçkilərindən bəhs edir.
Millət vəkili Elxan Süleymanov müraciət etdi
Avropa Şurası Parlament Assambleyasının Prezidenti cənab Jan Klod Minyona,
Avropa Şurasının Baş Katibi cənab Torbyörn Yaqlanda,
Avropa Şurası Parlament Assambleyasının Baş Katibi cənab Voysix Saviçkiyə,
Avropa Şurası Parlament Assambleyasının bütün üzvlərinə
Hörmətli cənab Prezident,
Hörmətli Baş Katib,
Hörmətli həmkarlar,
22 aprel 2013-cü il tarixdə Avropa Şurasının yaz sessiyasında Ermənistanda keçirilmiş prezident seçkiləri müzakirə olunacaq. Həmin müzakirələrlə əlaqədar fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Cari ilin mart ayının 20-də Monitorinq Komitəsinin iclasında Ermənistanda keçirilən prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Karin Voldset bu ölkədə keçirilmiş seçkiləri demokratik olaraq qiymətləndirdi və təqdir etdi. Bununla əlaqədar biz Ermənistanda keçirilən prezident seçkilərinin qeyri-demokratik olması barədə 5 ölkəni təmsil edən 24 nəfər deputatın imzası ilə mouşn sənədi təqdim etmişik
Azərbaycan nümayəndə heyətinin üzvü AŞ PA rəhbərliyinə müraciət edib
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyona, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda, AŞ PA-nın baş katibi Voysix Saviçkiyə və AŞ PA-nın bütün üzvlərinə müraciət ünvanlayıb.
Trend-in məlumatına görə, müraciətdə bildirilir ki, 22 aprel 2013-cü il tarixdə Avropa Şurasının yaz sessiyasında Ermənistanda keçirilmiş prezident seçkiləri müzakirə olunacaq.
Elxan Süleymanov beynəlxalq təşkilatlara 5 sual göndərdi
Elxan Süleymanovun avropalı həmkarlarına müraciəti
Azərbaycanlı deputat AŞPA rəhbərliyindən 5 suala cavab istədi
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov cari ilin mart ayının 20-də Ermənistanda keçirilən prezident seçkisinin Avropa Şurası tərəfindən domokratik olaraq dəyərləndirilməsini birmənalı qarşılanmadığını bildirib. Modern.az-ın xəbərinə görə E.Süleymanov bununla bağlı açıq məktub yayımlayıb. Məktubda BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin olduğu xatırlanır və bununla bağlı sualların cavablandırması xahiş edilir.
Azərbaycan Milli Məclisinin üzvü AŞPA rəhbərliyinə müraciət edib
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA prezidenti Jan Klod Minyona, AŞ-nın baş katibi Torbyörn Yaqlanda, AŞPA-nın baş katibi Voysix Saviçkiyə və AŞPA üzvlərinə müraciət edib.
APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, aprelin 22-də AŞPA-nın yaz sessiyasında Ermənistanda keçirilmiş prezident seçkiləri müzakirə olunacaq: “Həmin müzakirələrlə əlaqədar fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Cari ilin mart ayının 20-də Monitorinq Komitəsinin iclasında Ermənistanda keçirilən prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Karin Voldset bu ölkədə keçirilmiş seçkiləri demokratik olaraq qiymətləndirdi və təqdir etdi. Bununla əlaqədar biz Ermənistanda keçirilən prezident seçkilərinin qeyri-demokratik olması barədə 5 ölkəni təmsil edən 24 nəfər deputatın imzası ilə mouşn sənədi təqdim etmişik. Eyni zamanda diqqətə çatdırmaq istərdim ki, AŞPA-nın bu ilin yanvar sessiyasında iştirak edən 225 deputatdan 196 nəfəri Monitorinq Komitəsinin Azərbaycanda demokratiyanın vəziyyətinə dair məruzəsi əsasında hazırlanmış qətnaməyə səs vermişdir və həmin qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğalını ehtiva edən müddəa var.
Elxan Süleymanov: «İşğalçılara bəraət qazandırılır»
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov Şərq Tərəfdaşlığı (HT) Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinə, həmçinin AVRONEST PA həmprezidenti Kristian Vigeninə, AVRONEST PA həmprezidenti Boris Tarasyuka və AVRONEST PA büro üzvlərinə müraciət edib. Bu barədə hafta-ichi.az-a E.Süleymanov özü məlumat verib. Müraciətdə bildirilir: «Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (VCF) İdarə Heyətinin 4-5 aprel 2013-cü il tarixlərində İrəvan şəhərində keçirilmiş iclasında tanınmayan separatçı ərazilərdə (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və Dnestryani ərazilər) fəaliyyət QHT-lərin VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi və “Şərq Tərəfdaşları regionları” adı ilə onlara 10 yer ayrılması üçün ŞT VCF Milli Platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilib.
Elxan Süleymanov Avronest rəhbərliyinə etiraz məktubu göndərib
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun İdarə
Heyətinə, Avronest PA-nın həmprezidentlərinə və büro üzvlərinə məktub ünvanlayıb. Bu barədə APA-ya E. Süleymanovun ofisindən məlumat verilib.
Elxan Süleymanov beynəlxalq təşkilatlara məktubla müraciət etdi
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinə, Avronest PA-nın həmprezidentlərinə və büro üzvlərinə məktub ünvanlayıb.
Məktubda qeyd olunub ki, “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumu (ŞT VCF) İdarə Heyətinin aprelin 4-5-də Ermənistanda keçirilmiş iclasında ŞT regionundakı separatçı ərazilərdə (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və Dnestryani ərazilər) fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi və “Şərq Tərəfdaşları regionları” adı ilə onlara 10 yer ayrılması üçün ŞT VCF milli platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilib: “Narahatlıqla qeyd etmək istəyirik ki, ŞT VCF-nun İdarə Heyətinin həmin qərarı beynəlxalq hüquq normalarını, Azərbaycan, Gürcüstan və Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü şübhə altına alır, o cümlədən həmin ŞT ölkələrinin Aİ ilə münasibətlərinin hüquqi əsaslarına ziddir.